Hanava Hokiiçi

Hanava Hokiiçi
yap. 塙 保己一
Doğum adı 荻野寅之助
Doğum tarixi 23 iyun 1746(1746-06-23)
Vəfat tarixi 7 oktyabr 1821(1821-10-07) (75 yaşında)
Vəfat yeri
Elm sahəsi Yaponiya tarixi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 17467 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi.

  • Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub.
  • O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur.
  • Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi.
  • 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir. Lakin, 41 yaşından sonra bu layihəsinə başladı və bu böyük işini başa çatdrımışdır. Hokiiçi "Qunşo Ruicyu" (ing. hərflərilə "Gunsho Ruijyu", yap. 群書類従) – adlı "Qədim/köhnə sənədlərin/ Yaponiya əsərlərinin böyük toplusu"nu tərtib etmişdir. 666 cilddən ibarətdir.
  • O həm də Vaqaku Kodanshonun yaradıcısıdır. Bu institut 1793-cü ildə Yapon klassikasının tədqiqi üçün yaradılmış institutdur. Kor alim Hanava "Yaponiya Araşdırmaları Məktəbi"ni qurmuş, bu məktəbdə Yaponiya tarixi dərsləri və tarixşünaslıq ilə maraqlanmış və kokugakunun (Yaponiyanın Edo dövrünün ortalarında sıx maraq görmüş elm sahəsi) pozitivist budağını meydana gətirmişdir.[1]
  • 1937-ci ildə Helen Keller (Helen Adams Keller – amerikalı kor-kar yazıçı, müəllim və ictimai xadim) Yaponiyaya gəldi və Hokiiçi’nin xatirə evini ziyarət etdi. O, təəssüratlarında qeyd etmişdi:
" Uşaqkən anam mənə dedi ki, cənab Hanava sənin rol modelindir. Buranı ziyarət etmək və onun heykəlinə toxunmaq Yaponiyaya səfər zamanı mənim üçün ən əlamətdar hadisə idi. Onun adının su axarı kimi nəsildən-nəslə keçəcəyinə inanıram "

Hanava Hokiiçi 1821-ci il, 7 oktyabr tarixində vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Japan Encyclopedia, Harvard University, 2002, p. 285.