Hans Fişer (alm. Hans Fischer; 27 iyul 1881[2][3][…] – 31 mart 1945[2][3][…], Münxen[4]) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı.[5]
Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimya və tibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı.[6]
Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.
1921-ci ildən vəfatına qədər Münhen Texniki Universitetində üzvi kimya professoru vəzifəsini icra etdi.
Fişerin elmi tədqiqatı əsasən qan və öddəki piqmentlərin və həmçinin yarpaqdaki xlorofillərinin piqmentlərinin araşdırılması həm də bu piqmentlərin əldə edildiyi pirrolun kimyası ilə əlaqədar idi. Ən əhəmiyyətli tədqiqatı bilirubin və heminin sintezi idi. Bu nailiyyətinə görə çox sayda mükafat aldı, 1930-cu ildə isə Kimya üzrə Nobel mükafatı laureatı oldu. 1976-cı ildə Aydaki bir kraterə onun adı (və Emil Fişerin) verilmişdir.
Fişer 1935-ci ildə Viltrud Hauf ilə evləndi. Münhendə İkinci Dünya nüharibəsinin son günlərində institutunun və tədqiqatlarının məhv olması səbəbindən həyatına intihar ilə son qoydu.
|
---|
1901 - Yakob Vant-Hoff • 1902 - Emil Fişer • 1903 - Svante Arrenius • 1904 - Uilyam Ramzay • 1905 - Adolf fon Bayer • 1906 - Anri Muassan • 1907 - Eduard Buxner • 1908 - Ernest Rezerford • 1909 - Vilhelm Ostvald • 1910 - Otto Vallax • 1911 - Mariya Küri • 1912 - Viktor Qrinyar, Pol Sabatye • 1913 - Alfred Verner • 1914 - Teodor Riçards • 1915 - Rixard Vilştetter • 1916-17 verilməmişdir • 1918 - Fris Haber • 1919 verilməmişdir • 1920 - Valter Nernst • 1921 - Frederik Soddi • 1922 - Frensis Aston • 1923 - Frits Preql • 1924 verilməmişdir • 1925 - Rixard Ziqmondi • 1926 - Teodor Svedberq • 1927 - Henrix Viland • 1928 - Adolf Vindaus • 1929 - Artur Qarden, Hans fon Eyler-Helpin • 1930 - Hans Fişer • 1931 - Karl Boş, Fridrix Bergius • 1932 - İrvinq Lenqmür • 1933 verilməmişdir • 1934 - Harold Yuri • 1935 - Frederik Jolio-Küri, İren Jolio-Küri • 1936 - Peter Debay • 1937 - Volter Xouors, Paul Karrer • 1938 - Rixard Kun • 1939 - Adolf Butenandt, Leopold Rujiçka • 1940-42 verilməmişdir • 1943 - Georq de Heveşi • 1944 - Otto Qan • 1945 - Artturi Virtanen • 1946 - Ceyms Samner, Con Nortrop, Uendell Stenli • 1947 - Robert Robinson • 1948 - Arne Tiselius • 1949 - Uilyam Ciok • 1950 - Otto Dils, Kurt Alder • 1951 - Edvin Makmillan, Qlenn Siborq • 1952 - Arçer Martin, Riçard Sinq • 1953 - German Ştaudinger • 1954 - Laynus Polinq • 1955 - Vinsent dü Vinyo • 1956 - Siril Hinşelvud, Nikolay Semyonov • 1957 - Aleksander Todd • 1958 - Frederik Senger • 1959 - Yaroslav Geyrovski • 1960 - Uillard Libbi • 1961 - Melvin Kalvin • 1962 - Maks Peruts, Con Kendrü • 1963 - Karl Tsiqler, Culio Natta • 1964 - Doroti Kroufut-Hojkin • 1965 - Robert Vudvord • 1966 - Robert Malliken • 1967 - Manfred Eygen, Ronald Norriş, Corc Porter • 1968 - Lars Onsager • 1969 - Derek Barton, Odd Hassel • 1970 - Luis Leluar • 1971 - Gerxard Hertsberq • 1972 - Kristian Anfinsen, Stanford Mur, Uilyam Stayn • 1973 - Ernst Fişer, Cefri Uilkinson • 1974 - Pol Flori • 1975 - Con Kornfort, Vladimir Preloq • 1976 - Uilyam Lipskomb • 1977 - İlya Priqojin • 1978 - Piter Mitçell • 1979 - Herbert Braun, Georq Vittiq • 1980 - Pol Berq, Volter Gilbert, Frederik Senger • 1981 - Keniti Fukui, Roald Hofman • 1982 - Aaron Kluq • 1983 - Henri Taube • 1984 - Robert Merrifild • 1985 - Herbert Hauptman, Cerom Karle • 1986 - Dadli Herşbax, Yan Li, Con Polani • 1987 - Donald Kram, Jan Len, Çarlz Pedersen • 1988 - Yohann Dayzenhofer, Robert Huber, Xartmut Mixel • 1989 - Sidni Oltmen, Tomas Çek • 1990 - Elays Kori • 1991 - Riçard Ernst • 1992 - Rudolf Markus • 1993 - Keri Mullis, Maykl Smit • 1994 - Corc Olax • 1995 - Paul Krutsen, Mario Molina, Şervud Rouland • 1996 - Robert Kerl, Harold Kroto, Riçard Smell • 1997 - Pol Boyer, Con Uoker, Yens Skou • 1998 - Volter Kon, Con Popl • 1999 - Əhməd Zevail • 2000 - Alan Higer, Alan Makdayarmid, Xideki Şırakava • 2001 - Uilyam Nouls, Ryori Noyori, Karl Şarpless • 2002 - Con Fenn, Koiçi Tanaka, Kurt Vütrix • 2003 - Piter Eyqr, Roderik Makkinnon • 2004 - Aaron Sixanover, Avram Herşko, İrvin Roz • 2005 - Robert Qrubbs, Riçard Şrok, İv Şoven • 2006 - Rocer Kornberq • 2007 - Gerxard Ertl • 2008 - Osama Simomura, Martin Çalfi, Rocer Tsien • 2009 - Venkatraman Ramakrişnan, Tomas Steys, Ada Yonat 2015- Əziz Sancar • 2016- Jan-Pyer Savaj, Frezer Stoddart, Bernard Feringa • 2017- Jak Düboşe, Yoahim Frank, Riçard Henderson • 2018- Frensis Arnold, Corc Smit, Qreq Uinter • 2019- Con Qudenaf, Stenli Uittingem , Akira Yosino • 2020- Emmanüel Şarpantye, Cennifer Dudna |
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|