Hans Zimmer | |
---|---|
alm. Hans Zimmer | |
Ümumi məlumatlar | |
Doğum adı | Hans Florian Zimmer |
Doğum tarixi | 12 sentyabr 1957[1][2][…] (67 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, gitaraçı, pianoçu, musiqi prodüseri, film bəstəkarı |
Fəaliyyət illəri | 1977-ci ildən |
Janrlar | film musiqisi[d] |
Musiqi alətləri | piano, klavişli alət[d], sintezator, gitara, bas-gitara |
Mükafatları |
|
hans-zimmer.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hans Florian Simmer (12 sentyabr 1957[1][2][…], Frankfurt-Mayn, Hessen[3]) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir.
Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur.
Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.