Helena Rubinşteyn

Helena Rubinşteyn
alm. Chaja Rubinstein
Digər adları Princess Gourielli, Madame Helena Rubinstein, Chaja Rubinstein
Doğum tarixi
Doğum yeri Polşa Polşa, Krakov
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri ABŞ ABŞ, Nyu-York
Həyat yoldaşları Edward William Titus,Artchil Gourielli-Tchkonia
Milliyyəti polyak
Fəaliyyəti kosmetika, ətriyyat biznesi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Helena Rubinşteyn (ing. Helena Rubinstein, doğum adı Haya Rubinşteym, alm. Chaja Rubinstein‎) — polyakəsilli ABŞ işgüzar qadını, incəsənət kolleksiyaçısı və filantropu. Kosmetika məhsulları sahibkarı və dünyanın ən zəngin qadınlarından birinə çevirən "Helena Rubinstein Incorporated" kosmetika şirkətinin yaradıcısı.

Erkən həyatı

[redaktə | vikimətni redaktə et]

Helena Rubinşteyn 1870-ci ildə Polşa yəhudiləri Avqusta Gite Şnaydel və Naftali Hers Horas Rubinşteynin ailəsində dünyaya göz açmışdır. Atası Krakov şəhərində baqqal dükanının sahibi idi. Yalnız qız övladları olan atası Naftoli ailə ən böyük övladı olan Elenanı davamçısı kimi görmək istəyirdi. Sonralar Helena bu barədə xatirələrində yazır: "Çox erkən yaşlarından başlayaraq sözə baxmayan körpələrə baxmaqda anama yardım etməli olurdum. Səkkiz bacının ən boyüyü olmaq idarəetməni öyrənmək deməkdir."

Ağıla, əməksevərliyə və inadcıllığa sahib olan Elena ilk əvvəl valideynlərini sevindirsə də, sonradan bir neçə fənndəki uğursuzluqlardan sonra orta məktəbdə oxumaqdan imtina edir.

Atasının onu ortayaşlı birisinə ərə vermək istəyini bildikdə Elena evdən qaçır. 1902-ci ildə pulu və çox zəif dil bilgisinə malik Elena Avstraliya]]da yaşayan dayısı Luisin yanına yollanır. Kənd həyatı sürməsinə baxmayaraq, Elena anasının özünə qulluq ehtiyacı haqda nəsihətlərini unutmurdu. Bu isə yerli qadınların bir çoxu tərəfindən istehzaya səbəb olurdu. Geniş kənarlara malik şlyapası Elenanın sifətini günəş yanmasından qoruyurdu və yerli qadınlar onun müqəvvaya çevrildiyini bildirirdilər.

Bir müddət sonra dayısı ilə münasibətlərinin mürəkkəbləşməsi səbəbindən Elena yerli apteklərdən birində çalışmağa başlayır. Burada məhlulları qarışdırmağı öyrənən Helena Likuçki kimyaçı qardaşlarının hazırladığı formula əsasında günəşdən qoruyan "Valaze" (macar dilindən tərcümədə "Səmaların hədiyyəsi" mənasını verir) kremi adlı ilk məhsulunu yaratmışdır. Lakin bu məhsulu hazırlamaq üçün o, bir neçə dəfə uğursuz cəhdlər göstərmişdir.

Dayısının yaşadığı Qərbi Virciniya bölgəsində 75 milyondan çox qoyunun olması, buranın lanolinlə (yun mumundan alınan kimyəvi maddə) zəngin olmasına səbəb olmuşdur. Xalqın milli sərvəti hesab edilən merinos qoyunları yerli camaata dünyanın ən gözəl yununu bəxş edirdi. Çox kəskin qoxuya malik lanolinin iyinin qarşısını almaq üçün Rubinşteyn lavanda, şam qabığı və su zanbaqlarının qarışığı ilə eksperiment həyata keçirmişdir. Lakin bunu satmaqla bağlı bütün cəhdlər uğursuzluqla nəticələnmişdir. Dayısının evində qalmaqda imtina etdikdən sonra Elena quvernant (tərbiyəçi müəllimə) kimi Melburnda olan bir malikanədə çalışmış və hazırladığı kremin satışını həyata keçirmək üçün yardım etməyə hazır olan varlı birisilə tanış olmuşdur.

Beləcə, onun yaratdığı ilk məhsul- "Valaze" kreminin satışı başlanmışdır. 5 il ərzində kifayət qədər gəlir əldə edən Helena Londonda Valaze gözəllik salonu açır. Beləcə Rubinşteyn dünyada ilk kosmetika şirkətlərindən birinə çevrilir. Onun bizneslə bağlı hər bir cəhdi uğurla nəticələnir. Öz növbəsində o, əldə etdiyi gəlirlərin bir qismini təhsil, incəsənət və tibb sahələrinə yardım etmək məqsədilə xərcləyir.

1908-ci ildə 100 000 funt dəyərində kapital Helenaya Londonun zəngin Mayfair bölgəsində dördmərtəbəli malikanədə şirkətini açmağa yardımçı olur.

Ailə həyatı və uşaqları

[redaktə | vikimətni redaktə et]

1908-ci ildə Helena Polşa doğumlu amerikalı jurnalist Edvard Uilyam Titusla Londonda ailə həyatı qurur. Bu evlilikdən onların Roy Valentin və Horatsio Titus adlı iki oğlan uşaqları olur. Tez-tez Parisə yollanan Helena nəhayət, 1912-ci ildə burada da salonunu açır. Helena burada şəhər elitasının bir hissəsinə çevrilir. Onun müştəriləri sırasında hersoqinyalar, qrafinyalar, məşhur balerinalar və aktrisalar vardı. Pyer-Ogüst Renuar, Edqar Deqa, Jorj Brak, Pablo Pikasso, Mark ŞaqalAmadeo Modilyani kimi rəssamlarla dostluq edirdi. Despotik və sarkastik xarakterinə görə ətrafındakı insanlarla mübahisə etsə də, memuarında isti qarşılıqlı münasibətlər saxladığını qeyd etmişdir.

Çoxsaylı dəbdəbəli naharlardan imtina edən Helena Rubinşteyn məzəli zarafatları ilə də məşhurluq qazanmışdır. Hətta bir dəfə sərxoş olan Fransa səfiri ingilis şairə Edit Sitvell və onun qardaşı Saşeverelə "sənin əcdadların Janna Darkı yandırmışdır" deyərək acıqlanarkən az da olsa fransız dilini bilən Rubinşteyn ona cavab olaraq "Bunu kimsə etməli idi" cavabını vermişdir.[1]

Marsel Prust ondan hersoqinyanın axşamlar hansı makiyajdan istifadə etdiyini soruşmuşdur. Çünki hersoqinya Prust "naftalin iyi verdiyindən" qovulmuşdur. Sonralar Rubinşteyn yazacaqdı: "Mən sonradan onun məşhur olacağını necə bilərdim?[2]

Sürrealist rəssam Salvador Dali Helenanı simvolik olaraq qadın Prometey görünüşündə öz yaşıl paltarı ilə qayaya zəncirlənmiş şəkildə təsvir etmişdir.

Birinci Dünya müharibəsinin pis təsiri nəticəsində 1915-ci ildə Helena Rubinşteyn ailəsi ilə birgə Nyu-Yorka gəlmişdir. Helenanın qarşısında hədsiz Amerika bazarı açılsa da, digər kosmetika nəhəngi Elizabet Ardenlə ciddi rəqabəti başlayacaqdı. Bir-birindən 18 ay fərqlə dünyasını dəyişən Helena və Elizabet hər ikisi sosial yüksəlişi sevənlər idi. Onların rəqabəti ömrü boyu davam etmişdir.

Sonralar Helena Elizabet Ardenlə olan rəqabətləri haqda deyəcəkdi:

" "Onun qablaşdırması və mənim tərkiblərim sayəsində biz dünyanı idarə edirdik". "

1917-ci ildən etibarən Rubinşteyn məhsullarının istehsalı və distribusiyasına (təmsil etmə)başlamışdır. "Gözəllik günü"nün qeyd olunması müxtəlif salonlarda böyük uğura səbəb olmuşdur. Rubinşteyn şirkətin hər reklamında yəhudi olmayan ortaboylu maneken qismində təsvir olunurdu.

Helena Rubinşteyn Tel Aviv incəsənət muzeyində, 1959-cu il

1918-ci ildə Helena Amerikadakı biznesini 7,3 milyom dollara Lehman Brothers şirkətinə satır. Böyük böhranın olmasından sonra Helena çox ucuz qiymətə satılan məhsullarını (1 milyon dollara yaxın) geri alaraq kremlərinin istehsalını genişləndirmək üçün addımlar atmağa başlayır. 1937-ci ildə gözəllik imperiyası Helena Rubinşteynin ailə həyatının dağılmasına səbəb olmuşdur. Titusla boşandıqdan sonra Helena özündən 25 yaş aşağı olan gürcü knyazı Arçil Qurielli-Çkoniya ilə ailə həyatı qurur. Hələ münasibətlər rəsmiləşdirilməmişdən qabaq knyaginya Qurieli çar titulundan istifadə edirdi.[3] Soyadına ali zümrənin soyadını da əlavə etməsi avtomatik olaraq zəngin kişi təbəqəsinin də onun müştərilərinə çevrilməsinə gətirib çıxartmışdı. Belə ki həmin dövrdə inqilabi sayılacaq və kişilər üçün nəzərdə tutulan salonlar da fəaliyyət göstərməyə başlamışdır.

Multimilyoner olmağına baxmayaraq, Rubinşteyn paket qidalardan istifadə edir və bir çox işlərdə həddən çox qənaətcillik edirdi. Lakin geyimində moda brendlərinə məxsus geyim və bəzək əşyaları alırdı. O, Tel Avivdə Müasir İncəsənət pavilyonu, 1953-cü ildə isə səhiyyə, tibbi tədqiqatlar, həmçinin İsrail mədəniyyət fondu və təqaüdlərinə yardım məqsədilə xeyriyyə fondu yaratmışdır. 1957-ci ildə isə Avstraliyada Helena Rubinşteyn adına təqaüd təsis etmişdir.

1959-cu ildə Moskvada keçirilən Amerika Milli Sərgisində Helena Rubinşteyn ABŞ kosmetika sənayesini təmsil etmişdir.

1958-ci ildən başlayaraq Avstraliya rəssamlarına 300 funt dəyərində Helena Rubinşteyn portreti mükafatı verilməyə başlamışdır. Mükafatçıların siyahısı belədir: Frank Hodkinson (1958), Çarlz Blakman (1960), Uilyam Boisveyn (1961), Marqaret Olley (1962), Vladas Meskenas (1963), Cudi Kassab (1964,1965), Cek Karinqton Smit (1966).[4]

İşçiləri onu "Madam" deyə çağırırdılar. Hətta məşhur moda brendinin yaradıcısı Qabriel Şanel bu barədə demişdir:

" "Dünyada yalnız bir Madmuazel -bu mənəm, yalnız bir Madam –Rubinşteyn və bir Miss – Arden vardır". "

Helena müştəriləri cəlb etməyin yolunu bilirdi. O kosmetikanın sadəcə qulluq üçün alınmadığını gözəl bilirdi. Müştəri psixologiyasını gözəl bilən Helena məhsullarına kifayət qədər yüksək qiymət qoyurdu. 10 pensə başa gələn kremi, o 7 şillinq və 7 pensə satırdı. Bu barədə o hər zaman deyərdi: "Qadınlar ucuz kremi alan deyil. Xarici görünüşlərini yaxşılaşdırmaq üçün onlar nəsə xüsusi bir şey almaq istəyirlər. Gözəllik pula dəyər!"

Ölümü və mirası

[redaktə | vikimətni redaktə et]

1965-ci il 1 aprel tarixində Rubinşteyn dünyasını dəyişir və Nyu-Yorkun Kuins rayonunda yerləşən Mount Olivet qəbiristanlığında dəfn olunmuşdur.[5]

Ölümündən sonra bir neçə malikanəsi, Afrika mədəniyyətinə xas işlər, Viktorian dövrünə dair mebelləri 1966-cı ildə Nyu-Yorkun "Park-Bernet" qalereyasında auksionda nümayiş olunmuşdur.

Rubinşteyn tərəfindən söylənilən bir çox məşhur fikirlər vardır. Onlardan "Çirkin qadın yoxdur, sadəcə tənbəl var" deyimini nümunə çəkmək olar. Onunla Arden arasında rəqabətdən bəhs edən "Toz və şöhrət" sənədli filmi çəkilmişdir. Baş rollarda müvafiq olaraq Kerol Qrossman və Arni Raysman çəkilmişdir.

1973-cü ildə Helena Rubinstein şirkəti Colgate Palmolive tərəfindən alınmışdır. Hal-hazırda isə L'Oreal şirkətinə məxsusdur.[6]

1998-ci ildə təsis edilən Elmlə məşğul qadınlar üçün Loreal-YUNESKO mükafatı həmçinin, Helena Rubinşteynin adını daşıyır.

2014-cü ilin 31 oktyabrdan 2015-ci ilin mart ayının 22-nə qədər Manhettendə yerləşən Yəhuhi muzeyində "Helena Rubinşteyn: Gözəllik-gücdür" adı altında Helena Rubinşteynə həsr olunmuş sərgi keçirilmişdir.[7][8]

Populyar mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]

Helena Rubinşteynlə Elizabet Ardenin rəqabətindən bəhs edən "Rənglər müharibəsi" müzikli yazılmışdır. Çikaqonun Qudmen teatrındakı uğurlu nümayişdən sonra müziklin 2017-ci ilin 6 aprelində Brodveydə nümayişi olmuşdur. Dörd nominasiyada Tony Award mükafatını qazanmışdır. Həmin mükafatlardan ikisi baş rol ifaçısı (Rubinşteyn) Patti Lupone və Arden rolunu canlandıran Kristina Eborselə verilmişdir.[9][10]

Avsraliyalı dramaturq Con Misto tərəfindən yazılmış Lip service komediyası da Rubinşteynin Elizabet ArdenRevlonla olan rəqabətindən bəhs edir.

https://www.helenarubinstein.com/int/ https://www.jewishvirtuallibrary.org/helena-rubinstein

  1. O'Higgins, Patrick. Madame: An Intimate Biography of Helena Rubinstein. Viking Press. 1971. 17.
  2. Kanfer, Stefan. "The Czarinas of Beauty". city-journal.org. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-08.
  3. Mrs. Astor and the Gilded Age
  4. McCulloch, Alan Encyclopedia of Australian Art Hutchinson of London 1968
  5. "Helena Rubenstein Courielli". findagrave.com. May 30, 2000. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-26.
  6. Cunningham, Tessa. "The beauty queen who paid for your make-up with misery". 3 Mar 2013. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Apr 2014.
  7. Rosenberg, Karen. "Celebrating Helena Rubinstein at the Jewish Museum". October 30, 2014. June 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 6, 2018 – NYTimes.com vasitəsilə.
  8. "Helena Rubinstein: Beauty Is Power". 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  9. "Arxivlənmiş surət". 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
  10. "Arxivlənmiş surət". 2017-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.