Henrix Qustav Maqnus | |
---|---|
alm. Heinrich-Gustav Magnus | |
Doğum tarixi | 2 may 1802[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 1870[1][2][…] (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Henrix Qustav Maqnus (alm. Heinrich-Gustav Magnus; 2 may 1802[1][2][…], Berlin – 4 aprel 1870[1][2][…], Berlin) — Almaniya fiziki və kimyaçısı. Berlin Elmlər Akademiyasının üzvü (1840),[3] London Kral Cəmiyyətinin xarici üzvü (1863),[4] Sankt-Peterburq Elmlər Akademiyasının (1854)[5] və Paris Elmlər Akademiyasının (1864)[6] müxbir üzvü olmuşdur.
1831–1869-cu illərdə Berlin Universitetində əvvəlcə müəllim, sonra professor olmuşdur. O, fizika və kimyanın müxtəlif məsələlərinə dair çoxlu eksperimental əsərlər dərc etdirmişdir. Onun ev laboratoriyası pedaqoji məqsədləri olan fizika laboratoriyasının ilk nümunəsi idi. Eksperimental fiziklər üçün yetişdirmə meydanına çevrilmişdir. Maqnusun laboratoriyasında bir neçə rus, o cümlədən İvan Seçenov da təhsil almışdır.[7]