Herman Obert | |
---|---|
alm. Hermann Julius Oberth | |
Doğum tarixi | 25 iyun 1894[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1989[1][2][…] (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | fizik, ixtiraçı, esseist, ssenarist, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Herman Yuli Obert (alm. Hermann Julius Oberth; 25 iyun 1894[1][2][…], Sibiu – 28 dekabr 1989[1][2][…], Nürnberq, Bavariya[3]) — Almaniya mühəndisi və alimi. Raket texnikası pionerlərindən biridir.
Herman Yuli Obert 25 iyun 1894-cü ildə o vaxtlar Avstriya-Macarıstan imperiyasının bir parçası olan Rumıniyanın Sibiu şəhərində anadan olmuşdur. 1938–1940-cı illərdə Avstriyada, 1940–1945-ci illərdə Almaniyada raket texnikası sahəsində tədqiqatlar aparmışdır. 1950–1953-cü illərdə İtaliyada, 1955–1958-ci illərdə ABŞ-də raketlərin hazırlanması ilə bağlı işlərdə iştirak etmişdir. Raket mühərrikləri, raketlərin uçuş nəzəriyyəsi və atmosferin tədqiqi üçün raketlərdən istifadə sahəsində çalışmışdır. O, Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyətinin təşkilatçılarından biridir. Herman Yuli Obert 28 dekabr 1989-cu il tarixində, 95 yaşında Qərbi Almaniyanın Nürnberq şəhərində vəfat etmişdir.[4]
1951-ci ildə Raket Texnikası və Kosmik Uçuş üzrə Alman Cəmiyyəti raket texnikası və kosmonavtika sahəsində əsaslı tədqiqatlar və görkəmli xidmətlər üçün Obert medalı təsis etmişdir. 1963-cü ildən həmin cəmiyyət Obertin adını daşıyır.[4]