Hilodakı Havay Universiteti | |
---|---|
19°41′58″ şm. e. 155°04′55″ q. u.HGYO | |
Əsası qoyulub | 1941 |
Tələbə sayı | 3.165[1] |
Ölkə | |
Sayt | hilo.hawaii.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Hilodakı Havay Universiteti — ABŞ-ın Havay ştatının Hilo şəhərində dövlət universiteti.[2] Universitet Havay Sistemi Universitetinin 10 kampusundan biridir.
Universitet 1976-cı ildən bəri Böyük Kolleclər və Universitetlər Komissiyası (BKUK) tərəfindən akkreditasiya edilmişdir.[3] 33 bakalavr və 3 magistr proqramı təklif edir və təxminən 3000 tələbəsi var. Tələbələrin əksəriyyəti Havay sakinləri olsa da, bir çox xarici tələbələr də burada təhsil alır.
Universitet 1945-ci ildə Manoadakı Havay Universitetinin filialı kimi təsis olunmuşdur. Tələbələrin sayı artdığına görə 1955-ci ildə filial indiki yerinə köçdü.
1964-cü ildə Havay Universitetinin prezidenti Tomas Hamilton universitet daxilində fəaliyyət göstərən icma kolleclərinin dövlət sisteminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma nəşr etdi. Tədqiqat Hilo şöbəsi və Havay Texniki Liseyinə Hiloda İcma kolleci yaratmağı tövsiyə etdi. Beləliklə, Böyük Ada qanunvericilərinin müqaviməti səbəbindən Havay Texniki Məktəbi Havay Təhsil Departamentinin nəzarəti ilə Havay İcma Kolleci oldu.
1970-ci ildə universitet Havay Dövlət Qanunverici orqanının aktı ilə yenidən təşkil edildi və yeni yaradılmış Havay Universiteti Sistemininə daxil oldu.
Universitet Dəniz elmləri, Vulkanologiya, Astronomiya və Havay tədqiqatları üzrə ixtisaslaşmışdır. Havay dili və ədəbiyyatı üzrə magistr proqramı ABŞ-da yerli dilə diqqət yetirən ilk proqramdır.[4]
Hilodakı Havay Universiteti sertifikatlara əlavə olaraq BA, BBA, BS və BSN dərəcələri təklif edir.
Universitet Psixologiya üzrə magistr dərəcəsini təklif edir. Proqram Psixologiya və Məsləhətçilik üzrə Magistrlarin Akkreditasiya Şurası (MAŞ) tərəfindən akkreditə olunub.