![]() | |
---|---|
pol. Karina Szczepkowska-Horowska | |
| |
Ölkə |
![]() |
Doğum tarixi | |
Doğum yeri | Rıbnik, Polşa |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2010), beynəlxalq usta (2016) |
Son reytinqi | 2414 (aprel 2017) |
Maksimal reytinqi | 2420 (dekabr 2016) |
FİDE nömrəsi | 1122681 |
![]() |
Horovska Şçepkovsla[1] (pol. Karina Szczepkowska-Horowska; doğ. 28 oktyabr 1987) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010), beynəlxalq usta (2016).
Müxtəlif yaş kateqoriyalarında Polşanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir.[2][3] 2003-cü ildə 16 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya ikincisi olub.[4] Dəfələrlə gənclər arasında şahmat üzrə Polşa çempionatında mükafatçı olub. 2005-ci ildə qadın şahmatçılar arasında Polşa çempionatında gümüş, 2011, 2013, 2017-ci illərdə isə bürünc medal qazanıb.[5] Polşanın qadınlardan ibarət milli komandasının tərkibində üç dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2012, 2014, 2016),[6] üç dəfə komandalar arası dünya çempionatlarında (2007, 2009, 2015)[7] və üç dəfə komandalar arası Avropa çempionatlarında (2011, 2013, 2015) çıxış etmişdir.[8] 2010-cu ilin yanvarında qadınlar arasında beynəlxalq qrosmeyster adına[9], 2016-cı ilin sentyabrında isə beynəlxalq usta adına layiq görülmüşdür.[10]