Məhəmməd Hüsnü Mübarək | |
---|---|
ərəb. محمد حسنى سيد مبارك | |
14 oktyabr 1981 – 11 fevral 2011 | |
Əvvəlki | Ənvər Sadat Sufi Həsən Əbu Talib |
Sonrakı | Məhəmməd Hüseyn Təntavi |
7 oktyabr 1981 – 2 yanvar 1982 | |
Əvvəlki | Ənvər Sadat |
Sonrakı | Əhməd Fuad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 may 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 fevral 2020[3][4][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | cərrahiyyə əməliyyatından şikayət[d] |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, pilot, hərbi qulluqçu |
Həyat yoldaşı | Süzanna Mübarək |
Uşağı | Camal Mübarək |
Dini | sünni islam |
Hərbi xidmət | |
Qoşun növü | Misir Hərbi Hava Qüvvələri |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[7] |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك) (4 may 1928[1][2][…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d][5] – 25 fevral 2020[3][4][…], Qahirə[6]) — Misirin 4-cü prezidenti.
Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub.[8] İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.
1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.[9]
Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. 1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib. 1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə "Milli Demokartik Partiya" yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.
O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.
Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, 1987, 1993 və 1999-cu illərdə keçirilən referendumlarda səs çoxluğu ilə yenidən prezident seçilib. 2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.
Keçmiş Misir prezidentinə qarşı isə düz 6 dəfə sui-qəsd cəhdi olub. Prezident olduğu illər ərzində Mübarək Yaxın Şərqdə ən görkəmli dövlət başçılarından birinə çevrilib. Onun hakimiyyəti altında Misirin bütün ərəb ölkələri ilə diplomatik münasibətləri yaxşılaşıb. Misir 1979-cu ildə İsrail ilə sülh razılaşmasına görə Ərəb dövlətləri Liqasından üzvlük haqqı əlindən alınan yeganə dövlət olub. 1989-cu ildə Misirin liqaya üzvlüyünün bərpa edilməsinə nail olub. Ölkə iqtisadiyyatında Mübarək Misirin xarici borcunu 2 dəfə azaltmağa və turizmin inkişafına müvəffəq olub.
2011-ci il yanvar ayının 24-də Misirdə Hüsnü Mübarəkin əleyhdarlarının genişmiqyaslı etiraz aksiyaları başlayıb. Əleyhdarlar ölkədə korrupsiyanın yüksək səviyyədə olduğunu və sərvətlərin kiçik bir zümrənin əlində toplandığını bəyan edirlər. Məhz bu, Hüsnü Mübarəkə qarşı kütləvi çıxışların əsas səbəbi kimi göstərilirdi.
Ötən günə qədər Misir prezidenti olan H. Mübarək 1978-ci ildə yarı ingilis olan Süzanna Sabetlə ailə həyatı qurub. Bu evlilikdən onun iki oğlu dünyaya gəlib – Əla və Camal. 2009-cu ildə Mübarəkin nəvəsi, Əlanın 12 yaşlı oğlu Parisdə dünyasını dəyişib.
Siqaret çəkməyən və içki içməyən Hüsnü Mübarək hər gün səhər 6-da yuxudan oyanması, günə idman salonunda başlaması, sağlam həyat tərzi ilə seçilirdi.[10]
Misir prezidenti Hüsnü Mübarək istefa verməmişdən əvvəl ABŞ hakimiyyətinin Yaxın Şərqlə bağlı mövqeyini sərt tənqid edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail Knessetinin deputatı Binyamin Ben-Eliezer söyləyib.
Hüsnü Mübarək ABŞ-ni mövqeyini "yalançı demokratiyaya cəhd" kim qiymətləndirib. Binyamin Ben-Eliezer deyib ki, Hüsnü Mübarək bunu istefasından əvvəl onunla telefon söhbətində bildirib. Hüsnü Mübarək həmin söhbətdə qeyd edib ki, ABŞ-nin siyasəti son nəticədə Yaxın Şərqdə ekstremizm və radikal islamın qalib gəlməsinə səbəb olacaq. O xatırladıb ki, İranda hakimiyyət dəyişikliyinə cəhd islam diktaturasının qurulmasına, Qəzzadakı seçkilər HƏMAS-ın qələbəsinə yol açıb.
Hüsnü Mübarək Binyamin Ben-Eliezerlə telefon danışığında onu da deyib ki, Misirdə olan inqilab dalğası Yaxın Şərq və Fars körfəzi ölkələrini də əhatə edəcək. Hüsnü Mübarək onu da bildirib ki, həyatı üçün təhlükə də yaransa, Misiri tərk etməyəcək.[11]
Misirin sabiq prezidenti Hüsnü Mübarək Şarm-əl-Şeyx şəhərindəki iqamətgahındadır və telefon zənglərinə cavab verir. Lent.az-ın Misirin "Aş-Şark al-Ausat" qəzetinə istinadən verdiyi məlumata görə, 82 yaşlı sabiq prezident son günlər özünü pis hiss etsə də, Misiri heç bir halda tərk etmək niyyətində deyil.
Qəzet yazır ki, Hüsnü Mübarək yaxınlarının onu müalicə üçün Almaniyaya getməsi yönündə israrlarına son qoymasını istəyib və deyib ki, mənə öz ölkəmdə ölməyə imkan verin.[12]
Hüsni Mübarək mədəaltı vəzi xərçəngi və kolit diaqnozu ilə xəstəxanaya aparılıb. Qahirədə çıxan "Əl Əhbar"ın xəbərinə görə, Mübarək Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki hərbi hospitaldadır. O, 5 gündə bir dəfə 1 saatlıq kimya terapiyası keçməliydi.[13] 25 fevral 2020-ci ildə 91 yaşında Qahirədə Əl-Qaala hərbi hospitalında vəfat edib.
Milli. Az xəbər portalı İngiltərənin Teleqraph qəzetinə istinadən xəbər verir ki, Mübarək ailəsinin gizli hesablarında 35 milyard dollar var. Qəzet, ailənin sərvətini Hüsnü Mübarəkin iqtisadçı oğlu Camalın idarə etdiyini yazıb. Hüsnü Mübarəkin həyat yoldaşı Süzan, oğlu Camal və gəlini Xədicə Qahirədə etiraz aksiyaları başlayandan dərhal sonra Londona gediblər. Ölkəni 100 çamadanla tərk edən Süzan Mübarək İngiltərə vətəndaşı olduğundan, bu ölkəni seçdiyi bildirilir.[14]
2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir[15]. 7 iyun 2011-ci ildə heykəl götürülmüşdür[16].
Hüsnü Mübarək, 25 fevral 2020-ci ildə paytaxt Qahirədə 91 yaşında vəfat etdi.[17]