Həyat gözəldir (film, 1997)

Həyat gözəldir
it. La vita è bella
Janr komediya filmi[1][2][…], dram filmi[2][3][…]
Əsas mövzu Holokost[4], sevgi[4], İtaliya faşizmi[4]
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
İstehsalçılar Miramax[7]
Distribütor Miramax, iTunes, Disney+
İlk baxış tarixi 20 dekabr 1997, 23 oktyabr 1998[8], may 1998, 22 yanvar 1999[9], 12 noyabr 1998[10]
Müddət 116 dəq.
Büdcə 19.000.000 $
Gəlir 230.098.753 $[11], 57.563.264 $[11]
Ölkə
Dillər italyan dili, alman dili
Rəng rəngli[d]
Çəkiliş yeri Roma
IMDb ID0118799
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı Academy Award for Best Original Dramatic Score

Həyat gözəldir (it. La vita è bella) — İtalyan rejissor Roberto Benininin 1997-ci ildə çəkdiyi dram filmidir.

İkinci Dünya müharibəsi dövründə arvadı və oğlu ilə birlikdə yəhudi düşərgələrinə aparılan yəhudi atanın və arxasınca gedən bir italyan ananın, övladını qorumaq üçün etdiyi saysız-hesabsız fədakarlıqlardan bəhs edir. Film 1998-ci il Kann Film Festivalında festivalın Ən Böyük Mükafatını qazanır. 1999-cu ildə Oskarda 7 nominasiyaya namizəd olan film Ən yaxşı xarici film, Ən yaxşı aktyor və Ən yaxşı musiqi nominasiyalarında bu mükafatı qazanmışdır.

Filmin birinci yarısı romantik və komediya janrında olub İkinci Dünya müharibəsindən bir neçə il əvvəl baş verməkdədir. Quido Orefice (Roberto Benini), Arezzodan gələn gənc bir italyan yəhudisidir. Əmisinin işlədiyi hoteldə ofisiant kimi işə başlayıb kitab evi açmağı planlaşdırır. Quido pozivit və xarizmatik xarakterlidir, yerli məktəbdə müəllim işləyən Dora (real həyatda həyat yoldaşı olan Nikoletta Braşi) adlı birinə aşiq olur.

Dora varlı, aristokratik və yəhudi olmayan bir ailədəndir. Doranın anası onu varlı-hallı bir məmura vermək niyyətindədir, ancaq Dora nişan mərasimində qürurlu və varlı nişanlısını tərk edib Quido ilə atın belində kaçır. Bir neçə il keçir, Quido və Dora evlənir və Coşua adlı bir oğulları da doğulur. Dora və anası bu evliliyə görə küsmüşdülər. Ötən müddət ərzində Coşuanın dördüncü doğum günündə yenidən barışmışdılar.

Filmin ikinci yarısında isə İkinci dünya müharibəsi artıq başlamışdı. Quido, Elisio əmi və Coşua məcburən qatara mindirilir, Coşuanın doğum günündə yəhudi düşərgəsinə aparılırlar. Yəhudi olmamasına baxmayaraq, Dora ailəsi ilə birlikdə eyni qatara minmək istəyir və fərqli vaqonlarda düşərgəyə aparılırlar. Quido düşərgədə oğlunu nasist əsgərlərindən gizlədir və ona xəlvəti yeməklər gətirir. Oğluna düşərgədə baş verənlərin oyun olduğunu, əgər oyunda qalib gələrlərsə mükafat olaraq ad günündə alınmasını istədiyi tankı verəcəklərini deyir. Oyunun şərtlərini nasist zabitinin düşərgədəki təlimatları söyləmək üçün tərcüməçi axtararkən özünü irəli verərək, onun söylədiklərini oğluna italyan dilinə tərcümə edir, amma düşərgə təlimatlarını yox, öz uydurduğu, oğluna demək istədiyi oyun şərtlərini başa salır.

Müharibə bitib Amerika əsgərləri düşərgəni ələ keçirərkən Coşua atasına söz verdiyi kimi gizləndiyi şkafdan çıxır. Tankla düşərgəyə girən amerikalı əsgər Coşuanı xilas edir. Dora yaşayır, lakin atası nasist əsgərləri tərəfindən güllələnərək öldürülmüşdür. Coşua 4.5 yaşında ikən xilas edilir, film bitərkən yaşlı Coşua səsində danışıb film haqqında "Ailəsi üçün çox fədakarlıq edən bir atanın hekayəsidir" deyir.

"Həyat gözəldir" filmi 1998-ci ildə Kann Film Festivalında nümayiş etdirilir və Böyük Mükafata qədər gedib çıxır. 71-ci Akademiya Mükafatında film Ən yaxşı musiqiyə görə, Ən yaxşı drama görə və Ən yaxşı xarici film görə, Benini isə Ən yaxşı aktyor roluna görə qalib gəlir. Film eyni zamanda ən yaxşı ssenari, rejissor işi nominasiyalarına görə də mükafatlar qazanıb.