III Roman Argir

Roman III Arqir
yun. Ρωμανός Γ΄ Αργυρός
Bizans imperatoru
Vəzifədədir
15noyabr 1028 - 11 aprel 1034-cü ildən
ƏvvəlkiVIII. Konstantinos
SonrakıIV. Mihail
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi zəhərlənmə
Dəfn yeri
Fəaliyyəti monarx
Həyat yoldaşı Helena Zoi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ayasofyada Zoi'nin mozaikası
III. Banyoda Romanosun öldürülməsi,İoannis Skilicis hadisəsi

Roman III Arqir (yun. Ρωμανός Γ΄ Αργυρός; 968, Hierapolis11 aprel 1034 və ya 1034, Konstantinopol) — 15 noyabr 1028 və 11 aprel 1034 arasında Bizans İmperatoru olmuşdu. "Arqirus" adı yunan dilində "gümüş" sözündən gəlir və mənsub olduğu nəcib ailənin adıdır. Roman III Arqir partijian sinifinə mənsub zadəgan bir ailənin üzvü idi. İmperatorluğun böyük bir məhkəmə orqanında, ali hakim, Ayasofya kilsəsi administratoru (ekonomos) və VIII. Konstantin İmperiya dövründə Konstantinopol eparxosu (qubernator) idi. VIII. Konstantinin məcburiyyətində həyat yoldaşından boşandı və imperatorun qızı Zoi ilə evləndirildi; üç gün sonra öldükdə Bizans imperiyası taxtına keçdi. Altı illik hökmranlıqdan sonra Zoi ilə yaxşı əlaqəsi olmadığı üçün xanımı Zoinın oyunları nəticəsində sarayda vanna qəbul edərkən 1034-cü ildə öldürüldü.

Roman III Arqirin atasının adı məlum olmasa da, Arqir ailəsinin üzvü olduğu bilinir. Lakin Roman III Arqirin böyük babası I Romanos idi. İmperator II Basileiosun hakimiyyəti illərində Romanos hakim kimi xidmət edirdi. Sonra hakimiyyətə gələn VIII Konstantin dövründə Konstantinopol şəhərinin inzibati qubernatoru vəzifəsini icra etmişdir. Bu mövqedə olarkən VIII Konstantinin diqqətini çəkdi. İmperator VIII Konstantin özünə uyğun bir imperator tapdığını düşünərək Roman III Arqiri arvadını tərk edərək onu monastıra göndərməyə və imperatorun qızı ilə evlənməyə və Zoinin varisinə çevirməyə məcbur etdi. Roman III Arqir və Zoinin toy mərasimi 1028-ci il noyabrın 12-də keçirildi və üç gün sonra VIII Konstantin öldü. Varisi olaraq Zoinin əri olan Roman III Arqir Bizans İmperiyasının taxtını ələ aldı. Roman III Arqir xaricdən gələn imperator olduğu üçün özünü xalqa sevdirməyə çox üstünlük verirdi. Lakin onun bu məsələdəki cəhdləri çox vaxt istədiyi nəticəni verməmişdi. Şəhəri yenidən qurmaq və yeni binalarla bəzəmək üçün çox maliyyə vəsaiti sərf etdi. Rahibləri və monastırları maliyyələşdirmək üçün torpaq sahələri bağışlardı. Lakin bu yüksək xərclər dövlət xəzinəsini boşaltdı. Ya vergi artırmalı, ya da xərclərini azaltmalı idi. Təəssüf ki, bu iki tədbiri lazımi şəkildə həyata keçirməyə müvəffəq olmadı və gördüyü qeyri-kafi tədbirlər ilə geniş ictimaiyyətin və saray işçilərinin narazılığına səbəb oldu.

Roman III Arqir özünü "filosof kralı" kimi görməyə çalışdı. Həm də özünün böyük bir ordu komandiri olduğunu hamının qəbul etməsini istədi. 1030-cu ildə III Arqir müsəlmanların Bizans sərhədlərini keçməməsi üçün hər il Suriyaya hərbi ekspedisiya etməyə başladı. Şərqdəki Bizans torpaqlarına basqınlar edib oranı talan etdi. Böyük bir Bizans ordusuna yollanıb Hələbə yürüş etdi. Ancaq Azaz bölgəsindəki Antakya (Antakya) yaxınlığında ərəblər tərəfindən pusquya alınan bu ordu ilə Bizans ərazisini dərhal tərk etdi və döyüş zamanı Bizans ordusu böyük itki verdi. Buna görə III Arqir xalqın gözündə bəyənilməz biri oldu.

Lakin Bizansın bu məğlubiyyətinə cavab olaraq, iki il sonra 1032-ci ildə Bizanslılar iki mühüm uğur qazandılar. General Georgios Maniakesin komandanlığı ilə Bizans quru ordusu Edessa (Urfa) şəhərini mühasirəyə aldı və yenidən bizanslıların əlinə keçnəsiməsinə şərait yaratdı. Digər tərəfdən Bizans donanması, Adriatik dənizinin sahillərini qarət etmək məqsədi ilə SiciliyadanMəğribdən bir ərəb hərbi donanmasını məğlub etdi. Lakin bu qələbələr xalqın, Roman III Arqirin 1030-cu ildəki məğlubiyyətini unutması və onu yenidən populyarlaşdırması üçün kifayət etmirdi.

Ölkənin aristokratlarından olan Roman III Arqir sələfinin aristokratlara nəzarət etmək imtiyazlarını azaltmaq siyasətini tərk etdi və maraqlarını qorumağa yönəlmiş tədbirləri həyata keçirməyə başladı. Aristokratların vergisini azaltdı. Aristokratların nəzarəti altında saxlanılmayan azad kəndlilərin geri sərf statusuna düşməsinə qarşı çıxmadı. Hökumət məhkəmə xərclərini azaltmaq istəyərək xərclərini məhdudlaşdırmağa çalışdı, lakin buna nail ola bilmədi. Sarayın xərclərini azaltmaq üçün tədbirlər görmək üçün həyat yoldaşının xərclərini məhdudlaşdırmağa çalışdı, lakin bunu bacarmadı. Ancaq onun istəkləri həyat yoldaşı Zoi ilə onsuz da soyuq münasibətləri pisləşdirdi. Roman III Arqir 1029 və 1030-cu illərdə bir çox siyasi sui-qəsdlərlə qarşılaşdı, əksəriyyəti qardaşının həyat yoldaşı Teodora tərəfindən təşkil edilirdi. Bu sui-qəsdlərə qurban getmədən taxtını xilas edə bildi.

Ancaq 1034-cü ildə gözlənilmədən həyata gözlərini yumdu. Bunun qurulmuş bir sui-qəsd olması şayiələri Konstantinopolda yayıldı. Şayiələrdən biri Zoinin təvazökar bir kəndli olan Mixayıl adlı birinə aşiq olması idi. Bu şəxsin qohumları saray idarəetməsində çalışırdılar. Şayiəyə görə bu şəxslə birlikdə ola bilmək üçün Roman III Arqirə sui-qəsd hazırlayır. Roman III Arqirin ölməsini bu sui-qəsddən qaynaqlandığı deyilir. Bu şayiələrin bəzilərinə görə, Roman III Arqirin son vaxtlar zəifləməsi və xəstəlikləri Zoi və Mixailin ona qarşı zəhər tətbiq etməsi səbəbindən həyatını itirdiyini göstərir. 21 aprel 1304-cü il cümə günü səhər erkən imperator Paska mərasimlərinə hazırlaşmaq üçün sarayın vanna otağına getdi və çox keçmədən imperatorun ölməsi ilə bağlı sarayda səs-küy yayıldı. Dövrün hökmdarı və məşhur tarix yazarı Mixail Psellosun sözlərinə görə, imperator hovuza girdikdən sonra xadiməçilərdən biri onu suda boğmuş, daha sonra dərhal orda olan yatağa uzatmış və imperator öldü deyə saraya səs-küy salmışlar. Ətrafındakılar Arqinin öldüyünü bilirdilər. Hətta arvadı Zoi gələndə ərinin son nəfəsini aldığını görmüş və buna baxmayaraq onun yanından ayrılıb getmişdi. Dərhal sonra Arqir son nəfəsini vermişdi.[1]

Roman III Arqirin ilk həyat yoldaşı Helenadan bir qızı var idi:

  • (Birinci adı bilinməyən) Arqyra: Müqəddəs Roma-Alman imperatoru III Henri ilə nişanlanır.

İkinci həyat yoldaşı olan Zoi ilə evliliklərindən övladı olmamışdır.

  1. Psellos, Mihail (çev. İşin Demirkent). Mihail Psellos'un Khronographiası. 1. Ankara: Türk Tarih Kurumu Yayınları XIX.Dizi. 1992. ISBN 975-16-0485-0.
  • Psellos, Mihail (çev. Işın Demirkent) (1992) Mihail Psellos'un Khronographiası, Birinci Kitap, Ankara:Türk Tarih Kurumu Yayınları XIX.Dizi — Sa.12 . ISBN 975-16-0485-0
  • Gregory, Timothy E. (2008). Bizans Tarihi. çev. Esra Ermert. İstanbul: Yapı Kredi Yayınları. ISBN 978-975-08-1507-2.
  • Aleksandr Kajdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford and New York: Oxford University Press. ISBN 0-19-504652-8.
  • Norwich, John Julius [1991), Byzantium: The Apogee, Londra:Penguin ISBN 0-14-011448-3 say.270–277 (İngilizce)