I Donald | |
---|---|
şot.kelt Domnall mac Ailpín ing. Donald I | |
| |
Şotlandiya monarxı[d] | |
13 fevral 858 – 13 aprel 862 | |
Əvvəlki | I Kennet |
Sonrakı | I Konstantin[d] |
858 – 862 | |
Əvvəlki | I Kennet |
Sonrakı | I Konstantin[d] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 812 |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 862 və ya 13 aprel 863 |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Atası | II Alpin[1] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir.
Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur.[2] O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu.[3][4]