I Karl | |
---|---|
fr. Charles Ier d'Orléans | |
23 noyabr 1407 – 5 yanvar 1465 | |
Əvvəlki | I Lüdovik |
Sonrakı | II Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1394[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1465 (70 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | şair, yazıçı |
Atası | I Lüdovik (Orlean hersoqu)[2] |
Anası | Valentina Vizkonti (Milan hersoqinası)[2] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Valua sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
I Karl (fr. Charles Ier d'Orléans; 24 noyabr 1394[1], Paris – 5 yanvar 1465, Ambuaz[d], Fransa krallığı) — Orlean hersoqu I Lüdovikin oğlu, Orlean hersoqu.[3]
24 noyabr 1394-cü ildə doğuldu. Atası Fransa kralı V Karlın kiçik oğlu olan Orlean hersoqu I Lüdovik, anası isə Milan hersoqu Jan Qaleazzonun qızı Valentina Vizkontidir. Hər iki şəcərədən də Fransa kralı II Conun nəticəsi idi. Atasının Burqundiya hersoqu Qorxusuz Conla girişdiyi taxta mübarizəsi sui-qəsdlə ölümünə səbəb oldu. Atasının ölümünün ardından 1407-ci ildə Orlean hersoqu elan edildi. Atasının qatili olan Qorxusuz Con isə kral naibliyini əlinə aldı və beləcə, cinayət ört-bas edildi. Çox keçmədən anasını da itirən Karl və qardaşları atalarının intiqamını almaq üçün and içdilər.
Hakimiyyətinin ilk illərində qaynatası Armanyak qrafı VII Bernardın təsirində qalan Karlın sarayda güclü dəstəkçiləri vardı. İlk evliliyi əmisi VI Karlın qızı İzabella ilə baş tutmuşdu və cəmi 3 il davam edən bu evlilik xanımının vəfatı ilə tamamlanmışdı. Fransa kralının keçmiş kürəkəni və qardaşı oğlu olaraq sarayda nüfuz sahibi idi.
Yüzillik müharibənin yenidən alovlanmasının ardından 1415-ci ildə baş tutan Azenkur döyüşündə iştirak etdi. Fransa krallığının məğlubiyyəti ilə nəticələnən bu döyüşdə ingilislərə əsir düşdü və 25 il boyunca müxtəlif qalalarda girov saxlanıldı. Əsir düşməsinin ardından zəngin kitabxanası dərhal Somürə qaçırıldı. Girov həyatı ağır deyildi. Əsir tutulan digər fransız əsilzadələri kimi həbs tutulduğu qalalarda sərbəst həyat yaşadı. Ancaq xərac qarşılığında geri qaytarılmasına icazə verilmədi. Çünkü İngiltərə kralı V Henri Fransa səltənətində haqq iddia edirdi və hər iki şəcərədən II Conun nəticəsi olan Karl ən güclü rəqib ola bilərdi.
Nəhayət, keçmiş düşmənləri olan Xeyirxah Filipp və xanımı İzabellanın səyləri nəticəsində 3 noyabr 1440-cı ildə azadlığa buraxıldı. Atasının intiqamını almaqdan əl çəkməsi qarşılığında 25 il sonra vətənə qayıdan Karl Qızıl Yun ordeni ilə mükafatlandırıldı. Əsirlikdən döndükdən sonra Burqundiya hersoqu Filippin bacısı qızı Klevezli Mariya ilə evlənən Karl qalan həyatını incəsənətlə məşğul oldu. Dövrün bir çox sənətçi və şairlərinə hamilik edən Karl 1465-ci ildə vəfat etdi.
İlk evliliyi 1406-cı ildə əmisi VI Karlın qızı İzabella ilə baş tutdu. Cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq xanımı 3 il sonra vəfat etdi.
İkinci evliliyi isə 1410-cu ildə Armanyak qrafı VII Bernardın qızı Bonna ilə baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı.
Üçüncü evliliyi isə Burqundiya hersoqu Filippin bacısı qızı Klevezli Mariya ilə baş tutdu. Cütlüyün 3 övladı oldu.