I Qiyasəddin Keyxosrov | |
---|---|
I. Gıyaseddin Keyhüsrev | |
Rum Sultanlığının sultanı | |
1192 – 1196 | |
Əvvəlki | II Qılınc Arslan |
Sonrakı | II Süleyman Şah |
1205 – 1211 | |
Əvvəlki | III Qılınc Arslan |
Sonrakı | I İzzəddin Keykavus |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Alaşehir |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | II Qılınc Arslan |
Uşaqları |
oğlanları: I İzzəddin Keykavus I Əlaəddin Keyqubad |
Ailəsi | Səlcuqlular |
Dini | Sünni İslam |
Vikianbarda əlaqəli mediafayllar |
I Qiyasəddin Keyxosrov (XII əsr – 1211) — Rum Sultanlığının sultanı.
II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldü. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqib idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər.[1] Məlikşah Konyanı tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi və sonda ən kiçik oğlu I Qiyasəddin Keyxosrovu vəliəht elan etdi.
Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ keçirərək atasının yerində sultan oldu. O, 4 il hakimiyyətini sürdü. Qardaşlar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. Qiyasəddin qardaşı Süleymana qarşı mübarizə aparmaqla bərabər Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə bildi. Lakin II Süleyman şah ordu toplayaraq mübarizəni daha da genişləndirmək üçün Bizansla ittifaq bağlamağa çalışdı. Belə bir dövrdə xristianlar yenidən xaç yürüşünnə başladılar.[2] 1196-cı ildə Süleyman şahın Konyanı mühasirəyə almasından sonra tərəflər arasında bağlanan sülhə əsasən hakimiyyətdən əl çəkdi.
II Süleyman şah öldükdən sonra hakimiyyətə gələn oğlu III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta Keyxosrovu dəvət etdilər. 1205-ci ildə Keyxosrov yenidən hakimiyyət başına keçdi. O, tezliklə böyük qüvvə toplayaraq Trabzonda Pont dövləti quran III Aleksionosla mübarizəyə girdi və onun silahı qüvvələrini darmadağın etdi. Keyxosrovun silahlı qüvvələri 1207-ci ildə Antalyanı, iki il sonra erməni knyazı II Levonun hakimiyyəti altında olan Sis bölgəsini tuta bildi. Keyxosrov 1211-ci ildə İznik ərtafında Pont (Rum) dövlətinə qarşı aparılan döyüşlərin birində həlak oldu. Hakimiyyət başına oğlu İzzəddin Keykavus (1210/1211–1219) keçdi.[3]
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |