Jetuliu Varqas

Getúlio Dornelles Vargas
port. Getúlio Dornelles Vargas
Braziliya prezidenti
3 noyabr 1930 – 29 oktyabr 1945
ƏvvəlkiAugusto Tasso Fragoso
SonrakıJosé Linhares
Braziliya prezidenti
31 yanvar 1951 – 24 avqust 1954
ƏvvəlkiEurico Gaspar Dutra
SonrakıCafé Filho
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1882(1882-04-19)[1][2]
Vəfat tarixi 24 avqust 1954(1954-08-24)[3][1][…] (72 yaşında)
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti vəkil, siyasətçi
Uşaqları 5
Dini aqnostisizm
Hərbi xidmət
Qoşun növü Braziliya ordusu[d]
Rütbəsi çavuş
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4], hüquq[4]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Getúlio Dornelles Vargas (19 aprel 1882[1][2]24 avqust 1954[3][1][…]) — İki dəfə Braziliya prezidenti seçilən siyasi xadim. Bəziləri üçün güclü bir diktator olan Vargas, iri torpaq sahiblərinə qarşı apardığı ədalətli siyasətlə "Yoxsulların atası" ləqəbini almışdır.

Rio Grande do Sul əyalətinin nüfuzlu ailələrindən birinin oğluydu. 1908 tarixində Porto Alleqre Universitetinin hüquq fakültəsini bitirdi və dərhal siyasətə atıldı. 1922 tarixində Milli Konqresə daxil oldu və 4 il burda vəzifədə qaldı. 1926 tarixində Luis Pereira rəhbərliyində maliyyə naziri oldu. 1928 tarixində Rio Grande do Sul əyalətinin icra başçısı seçildi. 1930-cu ildə keçirilən seçim kompanyasında qalib gəlmədi. Buna baxmayaraq siyasətdən çəkilmədi və oktyabr üsyanlarına qatıldı. 3 noyabr 1930 – 17 iyul 1934 tarixlərində müvəqqəti hökumətin başına keçdi. 17 noyabr 1934 tarixində qurucu məclis tərəfindən prezident seçildi. 10 noyabr 1937 tarixində inqilabın lideri olaraq totalitar rejimli Estado Novo dövlətini qurdu.

1930-cu illərdə Braziliya böyük torpaq sahibkarlarının rəhbərlik etdiyi əyalətlər federasiyası tərəfindən idarə edilirdi. Vargas dönəmində bu federal sistem aradan qaldırıldı. Vergi siyasəti dəyişdirildi və əyalət rəhbərləri mərkəzi hakimiyyətə tabe edildi. Seçici sayı 4 dəfə artdı və gizli səsvermə üsulu tətbiq edildi. Qadınlara səsvermə hüququ verildi və geniş təhsil islahatları aparıldı. İnvestisiyalar sürətli sənayeləşməylə canlandırıldı. Ancaq Vargas özəl sektora müdaxilə edə bilmirdi və apardığı islahatlar ölkənin ucqar yerlərində tədbiq edilmirdi.

II Dünya Müharibəsindən sonra Braziliyada dəyişən siyasi vəziyyətin təsiriylə 29 oktyabr 1945 tarixində baş verən çevrilişlə Vargas devrildi. 1945-ci ilin dekabr ayında Rio Grande do Sul əyalətindən senator seçilsə də, 1950-ci illərə qədər passiv siyasi fəaliyyətlə məşğul oldu. Ancaq 1950 prezident seçimlərində qalib gəldi və yenidən siyasi fəaliyyətə başladı. 31 yanvar 1951 tarixində vəzifəsinə başladı.

Ancaq bu dəfə onu prezident seçənləri qane edə bilmədi. Bu səbəbdən xalqın dəstəyini almaq üçün milliyətçi siyasət yürütdü. 1954-cü ildə hökumətə qarşı müxalifət gücləndi. Nəticədə silahlı qüvvələr də Vargasın vəzifədən geri çəkilməsini tələb etdi. Çətin vəziyyətdə qalan Vargas intihar etdi.

  1. 1 2 3 4 Poppino R. E. Getulio Vargas // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Getúlio Vargas // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Vargas, Getúlio // Çex Milli Hakimiyyət Məlumat bazası.