Jil Delöz

Jil Delöz
fr. Gilles Deleuze
Doğum tarixi 18 yanvar 1925(1925-01-18)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 4 noyabr 1995(1995-11-04)[2][4][…] (70 yaşında)
Vəfat yeri
Uşağı 2
Elm sahələri fəlsəfə, ontologiya, estetika, film[1], incəsənət[1]
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
İş yerləri
Təhsili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jil Delöz (fr. Gilles Deleuze; 18 yanvar 1925[2][3][…], Parisin 17-ci dairəsi[d][5]4 noyabr 1995[2][4][…], Parisin 17-ci dairəsi[d][5]) — Fransa filosofu, qitə fəlsəfəsinin nümayəndəsi.

Jil Delöz 18 yanvar 1925-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdu. Orta sinifdən olan mühafizəkar bir ailədə dünyaya gələn Jilin atası mühəndis idi.

Jil Delöz 4 noyabr 1995-ci ildə Paris şəhərində vəfat edib.

Felks Qvattari ilə çalışmaları

[redaktə | mənbəni redaktə et]

Jil Delöz postmodernizm estetikasının inkişafında mühüm fəaliyyəti ilə xüsusilə fərqlənmişdir. Lakan, FukoDerrida kimi, Delöz və Qvattari də, freydizm ideyalarını poststrukturalist elementlərlə zənginləşdirmişlər. O, postmodernist estetik təfəkkür zəminində incəsənətin strukturalist və paralel olaraq psixoanalitik tədqiqini həyata keçirmişdir. Poststrukturalizm dövründə onların estetik araşdırmaları əsasən, freydizmin psixoanalitik konsepsiyasında şəxsiyyətin simvolik strukturunun yeni ictimai‐mədəni normalarla əlaqələndirilməsinin bir sıra xüsusiyyətləri və motivləri ətrafında aparılmışdır. Delöz və Qvattarinin birgə müəllifliyi ilə yazılan "Kapitalizm və şizofreniya" ikicildliyinin burinci cildi olan "Anti‐Edip" (1972) əsərində postmodernist incəsənətin bir sıra maraqlı təhlilləri aparılmışdır.

Delöz və Qvattari Freydin ardınca belə hesab etmişlər ki, incəsənət məhsulları qeyri‐şüuri istəklərin sənətdə realizə olunmasıdır. Lakin Freydin psixoanalitik konsepsiyasından və həmçinin də Lakanın təhtəlşüurluluğun simvolik strukturoloji təhlilindən fərqli olaraq, Delöz və Qvattari incəsənətin təhlilini şizoanaliz metodu vasitəsilə həyata keçirmişlər. Şizofreniya burada psixoloji hadisə kimi deyil, kütləvi ictimai‐siyasi hadisə kimi məna kəsb edir. Delöz və Qvattari "Anti‐Edip" əsərində həmçinin rizoma adlı digər bir anlayış da irəli sürmüş və bu anlayışı məxsusi olaraq "Rizoma" (1976) adlı əsərdə geniş təhlil etmişlər[6].

  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Gilles Deleuze // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 DELEUZE GILLES // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  5. 1 2 3 4 Fichier des personnes décédées mirror.
  6. Dosse, Fransois. Gilles Deleuze and Félix Guattari: intersecting lives. — N. Y.: Columbia University Press, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]