Joau Jilbertu | |
---|---|
port. João Gilberto Prado Pereira de Oliveira | |
Ümumi məlumatlar | |
Doğum adı | João Gilberto Prado Pereira de Oliveira |
Ləqəbi | bosa novanın atası |
Doğum tarixi | |
Doğum yeri | Juazeyru, Baiya, Braziliya |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Rio-de-Janeyro, Braziliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, söz yazarı, bəstəkar, musiqçi |
Fəaliyyət illəri | 1950-2019 |
Janrlar | bosa nova, samba, Latin jazz |
Musiqi alətləri | Vokal, gitara |
Albom şirkətləri | |
Mükafatları | |
joaogilberto.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Juau Jilbertu (port. João Gilberto Prado Pereira de Oliveira) - braziliyalı musiqiçi, gitarist, bosa nova musiqinin ən məşhur simalarından biri.
Juau Jilberu 1931-ci ildə Braziliyanın Baiya bögəsində Juazeyru şəhərində imkanlı iş adamı Jovinianu Dominqos di Oliveyra və Martinya du Pradu Pereyra di Oliveyranın ailəsində dünyaya göz açmışdır. 1942-ci ilə qədər, Arakaju şəhərində təhsil almağa yollanana qədər burada yaşamış, 1946-cı ildə təhsilini başa vuraraq geri qayıtmışdır. Ona ilk gitara da təxminən bu dövrdə, 14 yaşında ikən atası tərəfindən alınmışdır. Juazeyruya qayıtdıqdan sonra o öz qrupunu - "Enamorados du Ritmu" (Ritm aşiqləri) yaratmışdır. 1947-ci ildə Baiyanın Salvador şəhərinə köçmüş və üç il burada yaşamışdır. Lakin, burada o təhsilini davam etdirmir və özünü tamamiylə müsiqiyə həsr edir. 18 yaşı olarkən o artıq yerli Baiya İctimai Radiosunda kruner kimi fəaliyyətə başlayır.[1]