К-219 | ||
---|---|---|
Partlayışdan zədələnmiş К-219 dənizdə | ||
Gəminin tarixi | ||
Dövlət bayrağı altında | SSRİ | |
Öz portu | Hacıyevo | |
Donanma tərkibindən çıxarılıb | 1986 | |
Hazırkı statusu | batmışdır | |
Əsas xarakteristikası | ||
Gəmi tipi | SƏRSK (Strateji əhəmiyyətli raketli sualtı kreyser) | |
Layihənin adı | 667АУ «Nalim» | |
Layihəni hazırlayanlar | Gəmi texnikası üzrə mərkəzi konstruktor bürosu «Rubin» | |
Baş konstruktor | Sergey Kovalyov | |
NATO kodifikasiyası | «Yankee» | |
Sürəti (su üzərində) | 15 mil | |
Sürəti (su altında) | 28 mil | |
Dərinə getmək imkanı | 320 m | |
Dərinə getmək məhdudiyyəti | 450 m | |
Gəminin dayanıqlığı | 90 gün | |
Ekipaj | 119 nəfər: 32 zabit, 38 miçman, 49 matros, | |
Ölçülər | ||
Su üstündə həcmi | 7 760 t | |
Sualtı həcmi | 11 500 t | |
Ümumi uzunluğu | 128 m | |
Korpusun eni | 11,7 m | |
Orta tutumu | 7,9 m | |
Gücü | ||
2 təzyiq-su reaktoru BM-4-2 2 par turbin quraşdırması OK-700 2 dişli-boru aqreqatı TZA-635 2 2 turbogenerator |
||
Hərbiləşməsi | ||
Torpedo- mina silahları |
TA 4 x 533 mm (16 torpedo, onlardan 2-si nüvə başlıqlı idi), 2 x 400 mm (4 torpedo)[1] | |
Döyüş raketləri | D-5 raket kompleksi, 16 PU SQBR (Sualtı qayıq ballistik raketi) Р-27 (RSM-25)[2] | |
[{{fullurl:commons:Category: K-219 (submarine, 1971) Vikianbarda|uselang=ru}} Commons kateqoriyası ] |
K-219 — strateji əhəmiyyətli sovet atom sualtı qayığı; 667A «Navaqa» layihəsi üzrə hazırlanmış 21-ci gəmi idi, daha sonra isə 667AU «Nalim» layihəsi üzrə modernləşdirilmişdir. 3 oktyabr 1986-cı ildə qayıqdakı ballistik raket şaxtalarının birində partlayış baş vermiş, üç gün sonra — 6 oktyabrda, qayıq Atlantik okeanının 5500 metr dərinliyi olan yerində batmışdır. Ekipajının çox hissəsi xilas edilmişdir.
Qayığın düzəldilməsinə 28 may 1970-ci ildə Şimal maşınqayırma müəssisəsinin (Sevmaş) 50 №-li sexində 667A «Navaqa» layihəsi və 460 zavod nömrəsi üzrə başlanılmışdır. 31 dekabr 1971-ci il tarixdə suya buraxılmış, 8 fevral 1972-ci il tarixində Hacıyevo bazası ilə birlikdə Qırmızı bayraqlı Şimal Donammasının tərkibinə daxil edilmişdir. 1975-ci ildə 667AU «Nalim» layihəsi üzrə modernləşdirilmiş, 1980-cu ildə əsaslı təmir edilmişdir.