Kabaddi — Asiyada qədim və populyar komanda oyunu, özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma isə 1985-ci Dəkkədə keçirilmişdir. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən biri olmuşdur. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilmişdir.
Oyunun qaydalarına görə hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar.
Oyun o zaman başlayır ki, tərəflərdən biri, meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançaının orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır. Lakin rəqib oyunçuya toxunduqdan sonra, nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var. Əgər rəqib komanda oyunçları onu saxlaya bilərsə, rəqib komandanın oyunçularından biri onun komandasının sahəsinə "hücum" etmək hüququ qazanır. Oyun o vaxta qədər davam edir ki, mübarizə edən komandalardan biri bütün oyunçilarının hamısını itirir, yəni bütün oyunçuları ikinci komandanın oyunçuları tərəfindən saxlanılaraq oyundan çıxırılmış olur[1].
Kabaddi üzrə birinci dünya çempionatı 2004-cü idə baş tutmuşdur, daha sonra — 2007, 2010, 2011-ci illərdə keçirilmişdir. Bütün 4 turnirdə Hindistan yığma komandası qalib gəlmişdir. II yeri isə 2 dəfə İran yığması(2007 və 2010), bir dəfə Pakistan (2004) və bir dəfə isə Kanada (2010) tutmuşdur.
İl | I yer | II yer | III yer |
2011 | Hindistan |
Kanada |
Pakistan |
2010 | Hindistan |
Pakistan |
Kanada |
2007 | Hindistan |
İran |
Banqladeş Yaponiya |
2004 | Hindistan |
İran |
Banqladeş Kanada |
Ölkə | 2004 | 2007 | 2010 | 2011 |
---|---|---|---|---|
Avstraliya | 7 | 13 | ||
Argentina | 9 | |||
Əfqanıstan | 13 | 9 | ||
Banqladeş | 3 | 3 | ||
Böyük Britaniya | 5 | 13 | 5 | 5 |
Vest-Hind | 10 | 13 | ||
Almaniya | 10 | 7 | ||
Hindistan | 1 | 1 | 1 | 1 |
İran | 2 | 2 | 9 | |
İspaniya | 7 | 7 | ||
İtaliya | 9 | 4 | 4 | |
Kanada | 3 | 3 | 2 | |
Qırğızıstan | 13 | |||
Malayziya | 10 | 5 | ||
Nepal | 7 | 5 | 11 | |
Norveç | 5 | |||
Pakistan | 9 | 2 | 3 | |
ABŞ | 5 | 13 | ||
Tailand | 7 | 5 | ||
Türkmənistan | 9 | |||
Şri-Lanka | 5 | 11 | ||
Cənubi Koreya | 7 | 9 | ||
Yaponiya | 5 | 3 |