Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014).
Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır.
Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır. Konqo Respublikası Atlantik Okeanına çıxışı bu dar su keçidindən əldə edir. Anqola ilə Konqo Respublikasının sərhədində yerləşən ərazilərdə vaxtı ilə üç tarixi krallıq mövcud olmuşdur. Loanqo, Nqoyo və Kakonqo krallıqlarının əraziləri bu gün hər iki dövlətin sərhədləri daxilində yerləşir. 1885-ci ildə Berlin şəhərində təşkil edilmiş Konqo konfransıda bu gün ki, sərhədlər müəyyənləşdirilmişdir. Kabinda əyalətinin şimalında Konqo Respublikası yerləşir.
Kabindanın tarixi haqqında mənbələrdə məlumatlar XIX əsrdən etibarən verilməyə başlanılır. Bu vaxta qədər ərazisə müxtəlif tayfaların yaşadığı məlumdur. Loanqo, Nqoyo və Kakonqo krallıqları müxtəlif vaxtlarda Kabindanı işğal etmiş və siyasi mərkəzi kimi idarə etmişdilər. 1853 - 1854-cü illərdə, Portuqallar Kabinda sahillərinə yaxınlaşmışdılar. Zamanla ərazidə yaşayan xalqlar portuqallarla sülh müqavilələri imzalamağa başladılar. Əsasən düşmənlərin hücumlarından qorunmaq üçün Avropalıların muasir silahlarından qorunmaq üçün portuqalların köməyinə ehtiyac duyulurdu. 1885-ci ildə Berlin şəhərində təşkil edilmiş Konqo konfransı zamanı Kabinda ərazisi Konqo Respublikasının təkibində qalmaqla Anqolaya verilmişdir. Bununla hər iki müstəmləkənin bir-bir ilə gərgin münasibətdə qalması və inkişaf etməmələri təmin olunurdu.
Avropalı müstəmləkəçilər gələcəkdə siyasi baxımdan problem yaradaçaq ərazilərin yaradılması çalışırdılar. XX əsrin 50-ci illərinə qədər Kabindanın stasusu barədə müzakirələr aparılmırdı. 1956-cı ildə Portuqaliya Kabinda və Anqolanın bir rəhbər tərəfindən idarə edilməsi yönündə qərar qəbul etdi. Bununla Kabinda rəsmən Anqolanın tabeliyinə verilir. 1975-ci ildə Kabinda məsələsi yenidən gündəmə gəldi. Kabinda da yaşayan yerli xalqa müstəqilliyin verilməsi və Anqola əsarətinin ləğv edilməsi bu mahalda səslənən əsas tələblərdən idi. Anqola və Kabinda nümayəndələrinin apardıqlar görüşlərdə, Anqola tərəfindən Kabindaya yüksək statuslu muxtəriyyət verilməsi, Kabinda tərəfindən isə müstəqilliyin verilməsi istənilirdi.
1975-ci ilin noyabr ayında danışıqların davam etdiyi zaman, Anqola Silahlı Qüvvələri gözlənilmədən, Kabindaya hücum edir və ərazi qısa zamanda işğal olunur. Kabinda da yaşayan yerli xalqın böyük əksəriyyəti bu gündə müstəqilliyin tərəfdarıdır. FLEK adlı silahlı terror təşkilatı, Kabindaya müstəqilliyin verilməsi üçün mübarizə aparır. Hər il Anqola Silahlı Qüvvələri ilə yaşanan qarşıdurmalardan hər iki tərəfdən onlarla şəxs həlak olur.