Kalmar

Kalmar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Yarımtip:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Kalmarlar
Beynəlxalq elmi adı

Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları;[2] lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi.

Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir.

Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir. Buna görə də belə molyuskalar başıayaqlı molyuskalar sinfində birləşdirilir.

Kalmarın gövdəsi digər molyuskalarda olduğu kimi mantiya pərdəsi ilə örtülüdür. Mantiya ilə gövdə arasında mantiya boşluğu vardır. Bədəninin ön tərəfində, başa yaxın yerdə mantiya boşluğu enli yarıq vasitəsilə xaricə açılır. Kalmarın hərəkətində mühüm rol oynayan və qıf adlanan dəri borucuğun ucu mantiya boşluğu yarığından xaricə açılır. Qıfın genişlənmiş əsas hissəsi mantiya boşluğunda yerləşir. Kalmarın hərəkəti zamanı mantiya boşluğu yarıqdan keçən su ilə dolur, sonra yarığın kənarları yığılaraq qapanır. Güclü mantiya əzələlərinin yığılması nəticəsində mantiya boşluğunda olan su sıxılaraq qıfdan xaricə püskürtülür ki, nəticədə alınan güclü itələmə qüvvəsi kalmarın sürətli hərəkətinə səbəb olur. Belə hərəkətə reaktiv hərəkət deyilir. Bu proses həmişə təkrar olunur və nəticədə kalmar saatda 50 km sürətlə hərəkət ede bilmək imkanı əldə edir.

Kalmarın bütün bədən quruluşu sürətli hərəkətə uyğunlaşmışdır. Bədənin arxa tərəfi sivriləşmişdir və bədən torpedoya bənzəyir. Bədənin yanlarında üfqi vəziyyətdə yerləşəm üzgəclər isə dərinliyə enib-qalxan zaman sükan rolunu oynayırlar.

Kalmarın ağız çıxıntıları başında, dairə şəklində yerləşir. Bu dairənin mərkəzində enli ağız vardır. Buynuz maddəsindən əmələ gələn iki möhkəm çənə ağızdan xaricə çıxır. Çıxıntılar üzərində iki sirada dəyirmi sormaclar yerləşir. Kalmar öz qidasını bu sormaclarla tutub saxlayır. Çıxıntıların ikisi daha uzun olub, tutucu çıxıntılar adlanır. Tutucu çıxıntılar balığı tutmağa, digər çıxıntılar isə saxlamağa xidmət edir. Kalmarın qarın tərəfinin rəngi bel tərəfinə nisbətən açıqdır. O, dərisinin rəngini dəyişə bilir. Adi halda dəri solğun rəngdə olub metal rənginə çalır. Tutulmuş kalmarlarda isə dəri tündləşir, qonurlaşır, tutaraq qıcıqlandırdıqda qırmızımtıl-qəhvəyi rəng alır. Təbii halda isə kalmarın rəngi yaşadığı dənizin dibinin rəngindən asılı olaraq dəyişə bilir. Rəngini bilməsi kalmarı yaşadığı mühitin rəngindən seçilməz edir.

Kalmarın gövdəsində mürəkkəb kisəsi adlanan xüsusi üzv yerləşir. Bu kisədən çıxan maye axını mantiya boşluğuna açılır. Mürəkkəb kisənin möhtəviyyatı mantiya boşluğundakı suya qarışaraq xarıcə püskürdüldükdə, kalmarın ətrafında rəngli duman örtüyü əmələ gəlir ki, bu da onu düşmənlərindən gizlənib xilas olmağa kömək edir. Mürəkkəb kisəsində əmələ gələn mayedən sepiya adlanan qəhvəyi rəngli boyağın hazırlanmasında istifadə olunur.

Tənəffüs sistemi

[redaktə | mənbəni redaktə et]

Tənəffüsü mantiya boşluğunda yerləşən qəlsəmələr vasitəsilə gedir. Qəlsəmələri yuyan su qanı oksigenlə zənginləşdirir.

Kalmarın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Qanı qəlsəmələrə vuran "qəlsəmə ürəyi" deyilən xüsusi damar genişlənməsidir.

Digər molyuskalarla müqayisədə mürəkkəb quruluşludur. Udlağın üst tərəfində xüsusi pərdə içərisində sinir düyünlərinin böyük bir yığını vardır. Eyni zamanda mantiya, qıf və qolcuqların əsasında da sinir düyünləri yerləşir.

Hiss orqanları

[redaktə | mənbəni redaktə et]

Kalmarın başının yanlarında iri gözlər yerləşir. Gözlər yaxşı görür və qidanı axtarıb tapmaqda kalmara köməklik edir. Bəbək və büllura malik, balıqların gözünə oxşar gözləri, müvazinət orqanları və bədən üzərinə səpələnmiş hissedici hüceyrələri vardır. Xüsusən gözlər yaxşı inkişaf etmişdir.

Ayrıcinsiyyətlidir. Mayalanma daxilidir. Bunların inkişafında sürfə mərhələsi olmur.

Kalmarlar balıqçılıq sənayesinə ziyan vursa da, faydalı heyvan hesab olunur. Kalmar əti çox dadlı və kalorili olur. Onun əti qaynadılmış, qızardılmış və ya qaxac (qurudulmuş) halda yeyilir. Kalmarlar sürətlə artdığı üçün onların dənizlərdə kütləvi ovlanmalarına rəsmən icazə verilmişdir. Kalmar da balıq kimi tor və ya tilovla tutulur.

Nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Başıayaqlı molyuskalara Uzaq Şərq kalmarlarından başqa bir çox başqa kalmarlarda daxildir. Nəhəng kalmarın uzunluğu 18 metrə çatır. Bu kalmar okeanın bir neçə kilometr dərinliyində yaşayır.

Karakattus, səkkizayaq kimi başıayaqlı molyuskalar da bu sinfin dənizlərdə yaşayan mühüm nümayəndələridir.

Adi kalmar (Loligo vulgaris) — Azərbaycanın poçt markası

Səkkizayaq gecə həyat tərzi keçirir. O, gündüzlər görünməz yerlərdə gizlənərək, gecələr ova çıxır. Səkkizayaq dənizlərin dibində qolcuqlarını yerə söykəyib sürünərək hərəkət edir. Onun əsas qidasını yengəclər, molyuskalar və balıqlar təşkil edir.

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. http://web2.anl.az:81/read/page.php?zoom=0&bibid=236887&pno=88 Rysca-Turqcə lugət (Rusca-azərbaycanca lüğət), R. Axundov, Cild I, А-О, Azərnəşr, Bakı, 1928-ci il (s.156)