Kamal Faruqi

Kamal Faruqi
Ümumi məlumatlar
Doğum tarixi 27 avqust 1910(1910-08-27)
Doğum yeri
Vəfat tarixi 27 yanvar 1988(1988-01-27) (77 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Qalatasaray liseyi[d]
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kamal Faruqi 1930–31 mövsümünün çempion yığmasında ən öndə duran kapitan Nihat Bekdikin arxasında ikən.

Kamal Faruqi (27 avqust 1910, İstanbul27 yanvar 1988, Qahirə) —Türkiyənin keçmiş milli futbolçusudur.

Həyatı və karyerası

[redaktə | vikimətni redaktə et]

Kamal Faruqi 27 avqust 1906-cı ildə İstanbul şəhərində anadan olmuşdur.

Klub komandalarında karyerası

[redaktə | vikimətni redaktə et]

İstanbul Futbol Liqasının 1924–25 mövsümündə "Qalatasaray" ilə debüt edən Kamal 3 matçda meydana çıxdı. 1925–26 mövsümündə daha sonra 3 oyuna daxil edildi. 1926–27 mövsümündə komandasının oynadığı 7 liqa oyununun yalnız birində oynadığı zaman, irəli mövqedə Rəbii Ərkal, Muslihiddin Peykoğlu və Mehmet Ləbləbi arxasında ehtiyat oyunçular skamyasında oturdu.

1928–29 mövsümündə Billi Hanter rəhbərliyində komandada mütəmadi olaraq oynamaq şansı qazanan Kamal 8 qol vuraraq liqanı bombardir olaraq başa vurdu və komandasının çempionluğuna töhfə verdi. 1929–30 mövsümündə komandanın yenilənməsi və genişlənməsi sayəsində cəmi 2 matçda iştirak etdi və qol vurdu. 1930–31 mövsümündə, Qalatasarayın çempion olduğu dövrdə komandanı digər üç komanda yoldaşı Lətif Yalınlı, Rəbii Ərkal və Mehmet Ləbləbi ilə meydana gətirən Kamal, 14-də 13 qolla ikinci dəfə liqanın "bombardiri" adını qazandı. 1931–32 mövsümündə liqanın təşkil olunmadığı üçün komandası ilə yoldaşlıq görüşləri keçirdi. 1932–33 mövsümündə genişlənən və gəncləşən komandada özünə yer tapa bilməyən və yaşı irəliləyən Kamal, 1932–33 mövsümündə cəmi 2 matç oynadı, 1 qol vurdu və futbol karyerasına 32 yaşında son verdi.

Gözlənilməz hərəkətlər etdiyi üçün "Zidd Kamal" ləqəbini aldı.[1]

Milli komanda karyerası

[redaktə | vikimətni redaktə et]

İlk dəfə 17 iyul 1927-ci ildə Bolqarıstanla oynanan və 3–3 bərabərliklə nəticələnən xüsusi matçda ilk dəfə milli komandada oynadı. Bu ilk beynəlxalq matçda da qol vurdu. Məşqçi Bela Toth vəzifədə olduğu 1927–1928 arasında oynanan 3 milli matçda 2 qol vurdu.

Kamal Faruqi 27 yanvar 1988-ci ildə Qahirə şəhərində vəfat etmişdir.

Karyera statistikaları

[redaktə | vikimətni redaktə et]

Milli komanda qolları

[redaktə | vikimətni redaktə et]
# Tarix Yer Rəqib Hesab Nəticə Turnir
1 17 iyul 1927 Slaviya Stadionu, Sofiya, Bolqarıstan  Bolqarıstan 3–3 Bərabərlik Yoldaşlıq görüşü
2 15 aprel 1928 Stadionul Gloria-CFR, Bistritsa, Rumıniya  Rumıniya 4–2 Məğlubiyyət Yoldaşlıq görüşü
[2]
  1. 02.07.1983, Milliyet, Sayfa 16
  2. Kamal Faruqi at the Turkish Football Federation

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]