Kanar finiki

Kanar finiki
Elmi təsnifat
Beynəlxalq elmi adı


Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır.

Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır.

Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür.

Məlumat mənbələri

[redaktə | vikimətni redaktə et]
  1. http://www.ingentaconnect.com/contentone/iapt/tax/2013/00000062/00000006/art00029.