Kanzaki | |
---|---|
yap. | |
33°18′42″ şm. e. 130°22′17″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Kyuşu]] |
Prefektura | [[Saqa]] |
Mer | Şinqeyuki Matsumoto |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 20 mart 2006 |
Sahəsi | 125,01 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 31.981 nəfər (28 fevral 2017) |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Digər | |
city.kanzaki.saga.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Kanzaki (神埼, Kanzaki?) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 20 mart 2006-ci ildə qurulmuşdur.
2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 31,981 nəfərdir, hər km² ərazidə 260 nəfər yaşayır. Şəhərin sahəsi 125,01 km²-dir.
1 aprel 1889-cu ildəki inzibati islahatdan sonra Çitose, Hasuike, Kanzaki, Niiyama, Sayqo, Sakayno, Sefuri və Şirota qəsəbələri Kanzaki regionunu əmələ gətirmişdirlər. 1893-cü ildə Kanzakiyə şəhər statusu verilmişdir. 1955-ci ildə Sayqo və Niiyama qəsəbələri Kanzakiyə birləşdirilmişdir. 2006-cı ildə Kanzaki şəhərinə Çiyoda şəhəri və Sefuri qəsəbəsi daxil edilmişdir.
Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Şəhərin qərb hissəsi Sefuri dağlarının mərkəzində qalır. Cənubda Çikuqo çayı və Saqa düzənliyi yerləşir. Dağlar: Sefuri və Doki. Çaylar: Çikoqu, Cobaru, Tade, Sanbonmatsu.
2017-ci ilin məlumatına görə şəhərin əhalisi 31,981 nəfərdir, hər km² ərazidə 260 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[1]
|
Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü sakura hesab olunur.