Kapel | |
---|---|
Kapellbrücke | |
47°03′05″ şm. e. 8°18′27″ ş. u.HGYO | |
Keçid | Roys çayı |
Yeri | Lütsern |
Material | taxta və daş |
Uzunluğu |
|
Açılışı | 1360 |
Vikianbarda əlaqəli mediafayllar |
Kapel körpüsü — İsveçrədə körpü. Avropanın ən qədim körpülərindən biridir[1].
Körpü 1333-cü ildə tikilmişdir[1].
Lüsern şəhərində yerləşən bu körpü öz dizaynı ilə unikaldır. Bu körpü çarpaz şəkildə Roys çayını ikiyə ayırır. Kənarları taxtalarla əhatə olunmuşdur[1].
Körpü daxildən ölkədə baş verən tarixi hadisələri əks etdirən XVII əsrin rəsm əsərləri ilə bəzədilmişdi[1]. Lakin 18 avqust 1993-cü ildə baş vermiş yanğında rəsmlərin demək olar ki, hamısı yanmışdı. Bu yanğında körpünün 2/3 hissəsi və 110 rəsm əsəri məhv oldu[1]. Bu rəsmlərin bəzilərinin 1611-ci ilə aid olduğu bildirilir[1]. Yanğın zamanı yalnız 25 şəkil xilas edilib bərpa olunmuşdu[1]. Yanğından sonra körpü yenidən qurulmuş və 14 aprel 1994-cü ildə açılışı olmuşdur.