Karl Dalhauz

Karl Dalhauz
Carl Dahlhaus
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqişünas, musiqi filosofu
Təhsili
Mükafatları Pour le Mérite
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Dalhauz (Carl Dahlhaus) — alman musiqişünasımusiqi filosofu.

1947–52-ci illərdə Frayburqda V. Qurlittdən və Göttingendə R. Herberdən dərs almışdır. Harmonik tonallığın genezisi problemləri üzrə professorluq dissertasiyası (1966) və musiqi ritminin tarixinə dair bir sıra araşdırmaları Dalhauza beynəlxalq şöhrət gətirmişdir. 1967–89-cu illərdə Texniki Universitetin (Qərbi Berlin) musiqişünaslıq fakültəsinin professoru olmuşdur.

H. Rimanın musiqi lüğətinin 3-cü nəşrinin hazırlanmasında H.H. Eggebrextlə əməkdaşlıq etmişdir; terminoloji hissənin bir sıra məqalələrinin müəllifi (1967), personalilərə həsr olunmuş əlavə cildlərin redaktoru (1972–75); R.Vaqnerin əsərlərinin tam külliyyatının baş redaktoru (1970–; nəşri davam edir). Alman Musiqişünaslıq Cəmiyyətinin prezidenti (1977–79); “Musiqişünaslıq üzrə yeni dərslik” seriyasının (c.1–13, 1980–95) və “Musiqili teatr ensiklopediyası”nın (c. 1–16, 1989–97) redaktoru olmuşdur.

Ensiklopedik təhsilli alim olan Dalhauz kitablarında və çoxsaylı məqalələrində (“Analiz və dəyərlilik mülahizəsi”, 1970; “Musiqi tarixinin əsasları”, 1977; “Mütləq musiqi ideyası”, 1978;, “Şönberq və başqaları”, 1978; “Musiqi realizmi”, 1982 və s.) Avropa musiqi nəzəriyyəsi, tarixi və estetikası problemlərini başlanğıc mərhələsindən müasir dövrədək araşdırmışdır.   [2]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #118523341 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Dalhauz// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 262.