Karlo Ançelotti

Karlo Ançelotti
it. Carlo Ancelotti
Ümumi məlumatlar
Ləqəbi Ançi, Papa Karlo
Doğum tarixi 10 iyun 1959(1959-06-10)[1][2][…] (65 yaş)
Vətəndaşlığı
Boyu 179 sm
Çəkisi 81 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İspaniya Real Madrid
Vəzifəsi baş məşqçi
Karyerası
Gənclik karyerası
1973—1975 İtaliya Recolo
1975—1976 İtaliya Parma
Klub karyerası[* 1]
1976—1979 İtaliya Parma 55 (13)
1979—1987 İtaliya Roma 171 (12)
1987—1992 İtaliya Milan 112 (10)
Milli yığma[* 2]
1979—1980 İtaliya İtaliya (Olimpiya) 11 (1)
1980—1981 İtaliya İtaliya (21 yaşlılar) 3 (0)
1981—1991 İtaliya İtaliya 26 (1)
Məşqçisi olduğu klublar
1995—1996 İtaliya Recana
1996—1999 İtaliya Parma
1999—2001 İtaliya Yuventus
2001—2009 İtaliya Milan
2009—2011 İngiltərə Çelsi
2011—2013 Fransa Pari Sen-Jermen
2013—2015 İspaniya Real Madrid
2016—2017 Almaniya Bayern Münxen
2018—2019 İtaliya Napoli
2019—2021 İngiltərə Everton
2021— İspaniya Real Madrid
Təltif və medalları
Dünya Kuboku
Bürünc İtaliya 1990
Avropa çempionatı
Bürünc AFR 1988
Dövlət mükafatları

"İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavaleri


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 sentyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlo Ançelotti (it. Carlo Ancelotti; 10 iyun 1959[1][2][…]) — "Real Madrid" klubunun baş məşqçisi vəzifəsini yerinə yetirən italyan peşəkar futbol məşqçisi və keçmiş futbolçu. O, İtaliyada "Karletto" (it. Carletto), İspaniyada isə "Don Karlo" (isp. Don Carlo) ləqəbi ilə tanınır[3][4] və bütün zamanların ən böyük futbol məşqçilərindən biri kimi qəbul edilir.[5][6][7] Ançelotti UEFA Çempionlar Liqası tarixinin ən uğurlu məşqçisidir: o, kuboku məşqçi olaraq beş dəfə, üstəlik futbolçu olduğu zamanlarda daha iki dəfə qazanıb. O, həmçinin altı dəfə Çempionlar Liqası finalındakı bir komandanı idarə etmiş ilk və yeganə məşqçidir.[8] "AC Milan" klubunun oyunçusu olaraq 1989 və 1990-cı illərdə iki dəfə Avropa Kubokunu (indiki Çempionlar Liqası) qazanmışdır ki, bu da onu həm oyunçu, həm də məşqçi kimi Avropa Kubokunu / Çempionlar Liqasını qazanmış yeddi nəfərdən biri edir. Ançelotti eyni zamanda Avropanın ən yaxşı beş liqasında liqa çempionu olmuş ilk və yeganə məşqçidir.[9] FİFA Klublararası Dünya Kubokunu 3 dəfə qazanmışdır. O, həmçinin "Milan" və "Real Madrid"in məşqçisi olaraq 5 dəfə UEFA Superkubokunu qazanmışdır ki, bu da onu Superkubokda ən çox qələbə qazanmış məşqçi edir.[10][11]

Ançelotti oyunçu olaraq yarımmüdafiəçi kimi çıxış edib və karyerasına İtaliyanın "Parma" klubunda başlayaraq klubun 1979-cu ildə B Seriyasına yüksəlməsində rol oynayıb. O, növbəti mövsüm "Roma"ya transfer edilib, burada Serie A titulunu və dörd dəfə İtaliya Kubokunu qazanlb. 1980-ci illərin sonlarında "AC Milan" üçün oynamış və bu klubla iki dəfə liqa titulu və iki dəfə Avropa Kuboku qazanmışdır. Ançelotti beynəlxalq səviyyədə isə İtaliya millisinin heyətində 26 oyunda oynamış, bir qol vurmuş və iki FİFA Dünya Kubokunda çıxış etmişdir. O, 1990 Fifa Dünya Kubokunda üçüncü yeri tutub, o cümlədən 1988 Avro çempionatında millisinə yarımfinala yüksəlməkdə kömək edib.

Ançelotti baş məşqçi olaraq 1995-2001-ci illər arasında "Recana", "Parma" və "Yuventus"da çalışıb, daha sonra isə "Milan"dakı fəaliyyəti ilə tanınıb. O, 2001-ci ildə klubun baş məşqçisi təyin olunaraq həm 2002-03 Çempionlar Liqasını, həm də 2002-03 İtaliya Kubokunu qazanıb. Klub növbəti mövsümdə 34 oyundan 82 xal toplayaraq İtaliya rekordunu təyin edib və A Seriyasının qalibi olub. Ançelotti üç il sonra "Milan" ilə ikinci dəfə Çempionlar Liqasını qazanıb. "Milan"da işlədiyi müddətdə o, iki dəfə "A Seriyasında ilin məşqçisi" adına layiq görülüb. Ançelotti 2008-09 mövsümündən sonra "Milan"dakı vəzifəsindən istefa etmiş və klubun baş məşqçisi vəzifəsini vahid dövr daxilində ən uzun müddət yerinə yetirmiş şəxs olmuşdur.[12]

2009-cu ildə "Çelsi"nin bəş məşqçisi təyin edilib və onun rəhbərliyindəki ilk mövsümdə klub həm Premyer Liqanın, həm də İngiltərə Kubokunun qalibi olaraq ikiqat qələbə qazanıb. 2011-ci ildə isə Fransanın "Pari Sen-Jermen" klubunun baş məşqçisi təyin olunan Ançelotti 2012-13 mövsümündə kluba son 19 ildə ilk dəfə Liqa 1 titulunu qazandırıb və "Liqa 1-də ilin baş məşqçisi" seçilib. Fransadakı uğurundan sonra o, "Real Madrid"in baş məşqçisi təyin edilmiş, buradakı ilk mövsümündə "Real Madrid"i uzun müddətdir axtardıqları onuncu Çempionlar Liqası tituluna, "La Decima"ya aparmış, həmçinin Kral Kubokunu qazanmışdır. Klubla əldə etdiyi uğurlara və 2014-15-ci illərdə La Liqada ən yaxşı performans göstərən baş məşqçi olaraq Migel Munyoz Mükafataına layiq görülməsinə baxmayaraq, Ançelotti 2015-ci ilin mayında "Real Madrid"dən qovulub. 2016-cı ildə "Bayern"in baş məşqçisi olub, buradakı ilk mövsümündə Bundesliqa titulunu qazanıb və 2018-2021-ci illərdə ardıcıl olaraq "Napoli" və "Everton"da çalışdıqdan sonra 2021-ci ilin yayında "Real Madrid"ə qayıdıb. O, klubdakı ikinci rəhbərlik dövründə 2022 və 2024-cü illərdə olmaqla iki dəfə eyni mövsümdə həm La Liqa, həm də Çempionlar Liqasının qalibi olub.

"Çelsi"nin baş məşqçisi Karlo Ançelotti həyatında təkcə futbolla məşğul olmayıb. Məşhur italiyalı mütəxəssis futbolçu və məşqçiliklə yanaşı, aktyorluqda da özünü göstərib.

Bir çoxlarının sırf futbola adamı kimi tanıdığı 50 yaşlı çalışdırıcı indiyədək üç filmə çəkilib. Onun ən məşhur obrazı "Don Kamillo" komediyasında olub. 1983-cü ildə çəkilən filmdə həmin vaxt futbolçu olan Ançelotti öz sənətini canlandırıb. Həmin kinoda Cəhənnəm yığması ilə mələklərin komandası görüşüb. O vaxt gənc olan Karlo mənfi obraza çəkilərək, iblislərin heyətində meydana çıxıb. Hətta rəqibini vuraraq, xəbərdarlıq da alıb. Ançelotti sonradan "Mezzo destro, mezzo sinistro" və "Lallenator nel pallone" filmlərinə də dəvət alıb.

Aktyorluq dövrlərini xatırlayan Ançelotti kinonun futbol qədər maraqlı olmadığını düşünür: "Eyni komandaların oyununa 10 dəfə baxmaq olar. Hər dəfə fərqli nəticə və fərqli oyun görmək mümkündür. Kinoda isə belə deyil. Eyni filmə 10 dəfə də baxsan, heç nə dəyişməyəcək, əvvəlki kimi qalacaq".

  1. 1 2 Carlo Ancelotti // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Carlo Ancelotti // Brockhauz Ensiklopediyası (alm.).
  3. Andrews, Connor. "Ancelotti earns 'Don Carlo' status with incredible week of Champions League records". Talksport. 5 May 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2022.
  4. "Sacchi: 'What makes Ancelotti a world class coach'". Football Italia. 19 April 2024. 20 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2024.
  5. Hayward, Paul. "Champions League final 2014: Carlo Ancelotti proves he is greatest manager in Europe after Real Madrid's victory". 25 May 2015. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2015.
  6. "Del Piero: 'Ancelotti is the best manager of all time'". 29 July 2014. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2015.
  7. Kidd, Dave. "Carlo Ancelotti's third European Cup means he joins Bob Paisley in the unsung hero hall of fame". 26 May 2014. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2015.
  8. "Real Madrid's Carlo Ancelotti makes history as first manager to reach five Champions League finals with Man City win". Sky Sports. İstifadə tarixi: 29 May 2022.[ölü keçid]
  9. Caygill, Graham. "Carlo Ancelotti's famous five: How Real Madrid La Liga title success completes historic quintet in Europe's major leagues". The Sporting News. 30 April 2022. 19 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2022.
  10. "AC Milan do Europe proud". FIFA. 17 December 2007. 5 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  11. "Real Madrid coast to Morocco 2014 title". FIFA. 20 December 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2014.
  12. "Carlo Ancelotti". Maglia Rossonera (italyan). 28 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2010.