Kataloniyaya məhəbbətlə | |
---|---|
ing. Homage to Catalonia | |
| |
Müəllif | Corc Oruell |
Janrlar | qeyri-bədii, siyasi |
Orijinalın dili | ingiliscə |
Ölkələr | Böyük Britaniya |
Orijinalın nəşr ili | 25 aprel 1938 |
Tərcüməçi | Əli Nəcəfxanlı (azərb.) |
Nəşriyyat |
Secker and Warburg (London) Qanun (azərb.) |
Səhifə | 256 (azərb.) |
Vikianbarda əlaqəli mediafayllar |
Kataloniyaya məhəbbətlə (ing. Homage to Catalonia) – Corc Oruellin İspaniya Vətəndaş Müharibəsindəki təcrübələri və təhlilləri barədə şəxsi hesabatı. İlk dəfə 1938-ci ildə Böyük Britaniyada nəşr olunmuşdur. 1952-ci ilin fevralına qədər ABŞ-də çapdan çıxmamışdır. Oruellin sağlığında kitab ancaq italyan dilinə tərcümə olunmuşdur (dekabr 1948).[1] Fransız dilinə tərcüməsi isə Oruellin ölümündən 5 il sonrakı müddət boyunca nəşr olunmamışdır.[2]
Azərbaycan dilinə Qanun Nəşriyyatı tərəfindən tərcümə edilmişdir.[3]
Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən "Kataloniyaya məhəbbətlə" kitabını qələmə almışdır.