Kianq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kianq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Kianq[3] (lat. Equus kiang) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli yarımnövü. Onlara əsasən, Tibet və onun ətraf ərazilərində müşahidə edilir. Kianq Qulanların bir yarımnövü hesab edilir. Ancaq onlar digər yarımnövlərdən iri olur və daha çox ata bənzəyir.
Kianqların uzunluğu 210 sm, hündürlüyü 142 sm, çəkisi isə 250–400 kq ola bilir. Yayda rəngləri parlaq qırmızı rəng alır. Qışda tükləri uzanır. Rəngi qonurlaşır. Belinin tən ortasından qara xətt keçir.
Kianqlar əsasən, Tibetin dağ massivlərində və platolarında, Himalaydan şimaldakı ərazilərdə yayılmışlar. Ən çox saylı populyasiya Tibet Muxtar Rayonu ərazisində müşahidə edilir. Onlara həm də Hindistan və Nepal ərazilərində belə rastlamaq mümkündür. Onların yayılma arealı 5000 metr hündürlüyə sahib olan dağ quru çölləridir.
Kianqlar qruplar halında yaşayırlar. Onlar sayları 5–400 baş olan qruplar təşkil edə bilirlər. Qrupun rəhbəri bir qayda olaraq iri dişi olur. Qruplar daimi olur. Onlar qida arxasınca uzun məsafə qət etməli olurlar. Erkəklər bütün yay dönəmində tənha yaşayır. Qışda isə subaylardan ibarət olan qrupa qoşulur.
Onlar qida və su arxasınca uzun məsafə qət edə bilirlər. Bu canlılar otyeyən olduğundan əsasən otlarla qidalanırlar. Otun bol olduğu dönəmdə 45 kq əlavə çəki ala bilirlər (iyul-avqust).
İyul-avqust aylarında qrup halında gəzən dişilərin arxasınca düşərək çütləşmək üçün mübarizə aparmalı olurlar. Çütləşmə dövrü sentyabrın ortaları bitir. Boğazlıq dövrü bir il çəkir. Onlar ancaq bir bala doğurlar. Bala doğulduqdan bir neçə saat sonra ayaq üstə dura bilirlər. Yetkinlik dövrünə iki və yuxarı uyaşlarında çatırlar. İndiyə kimi ən çox yaşayan kianqın yaşı 26 olmuşdur.
Vəhşi eşşək növlərindən fərqli olaraq nəslinin kəsilməsi təhlükəsi yoxdur. Ancaq bununla belə sayında son 50–60 il ərzində azalma müşahidə edilir. Hazırda Çində 65 min kianq vardır. Onlardan 45 mini Tibetin payına düşür. Hindistanda 2000 baş olması ehtimal edilir. Pakistan, Nepal və Butanda sayları məlum deyil.
Bəzən Kianqları Qulanların bir növü olaraq qəbul edirlər. Ancaq DNK analizləri onların müstəqil növ olmasını təsdiq etmişdir. Onların üç yarımnövü vardır: