Kiko Mizuhara | |
---|---|
yap. 水原 希子 | |
![]() | |
Doğum adı | Audrie Kiko Daniel |
Doğum tarixi | |
Doğum yeri | Dallas, ABŞ |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktrisa, müğənni, fotomodel[d], model[d], kino aktrisası, dəb dizayneri |
Fəaliyyət illəri | 2003-cü ildən |
Boyu | 168 sm[1] |
IMDb | ID3460467 |
ameblo.jp/mizuhara-kiko/ | |
![]() |
Kiko Mizuhara (yap. 水原 希子; 15 oktyabr, 1990, Dallas) — yaponiyalı fotomodel və aktrisa. ViVi və Seventeen glamur moda jurnallarının eksklüziv modelidir.
Kiko Dallasda (Texas ştatı) anadan olmuşdur. Onun anası koreya əsilli Yaponiya vətəndaşıdır, atası isə amerikalıdır. Ashley (Yuka) adlı kiçik bacısı var. Kikonun 1 yaşı olanda o valideynləri ilə Tokioya, sonradan isə Kobeyə köçür. 2003-cü ildə, Kikonun 13 yaşı olanda valideynləri boşanır. Atası ABŞ-yə qayıdır, Kiko isə anası ilə Kobe də qalır.
2001-ci ildə Kikonun model karyerası başlayır. İlk olaraq, Seventeen moda jurnalı üçün çəkilən Kiko, sonradan oxucuların populyarlığını qazanır və ViVi adlı jurnal ilə də birgə müqavilə bağlayır. 2010-cu ildə Kiko "Norveç meşəsi" filmində ilk debüt rolu - "Midori" adlı filmə çəkilir.