Kilkə

Kilkə
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Koqorta:
Dəstəüstü:
Yarımdəstə:
Fəsilə:
Cins:
Kilkə
Beynəlxalq elmi adı

Kilkələr (lat. Clupeonella) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə aid dəniz balığı cinsi.

Cinsə daxil olan növlər 14,5 sm uzunluğa və 26 q çəkiyə sahib olurlar. Yetkinlik yaşına 1–2 illiyində çatırlar. Orta ömür müddəti 5–6 ildir. Əsasən kiçik zooplanktonlarla qidalanırlar. Xırda balıqlardır. Boğazından anal dəliyinə qədər "kil" olduğuna görə kilkə adlanır. Xəzər dənizində üç növü yaşayır. Ən çox ehtiyata malik olanı ançousabənzər kilkədir. İrigöz kilkə digər kilkələrə nisbətən az miqdarda yayılmışdır. Adi kilkə Xəzər dənizində geniş yayılmış və nisbətən çox tutulan balıqlardandır. Azərbaycanda ilk dəfə kilkə tutulmasına 1929-cu ildə başlanmışdır. İlk zamanlar kilkələri ekspatlarla, sonrakı illərdə isə elektrik işığında konus şəkilli torlarla tuturdular. Son illərdə kilkəni dənizdə, başlıca olaraq, elektrik işığında nasosla sorub gəmilərə tökürlər.

Cinsə 7 növ[2] daxildir:

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Scientific Names where Genus Equals Clupeonella". FishBase. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.