Kim Ciha

Young İl Kim
kor. 김영일
kor. 金英一
Doğum adı 김영일
Təxəllüsü Kim Ciha
Doğum tarixi 4 fevral 1941(1941-02-04)[1]
Doğum yeri
Vəfat tarixi 8 may 2022(2022-05-08) (81 yaşında)
Vəfat yeri
Milliyyəti koreyalı
Təhsili Seul Milli Universiteti
Fəaliyyəti şair, dramaturq
Fəaliyyət illəri 1960
Əsərlərinin dili koreyaca
Janrlar şeir, dram, nəsr, esse

Kim Jiha(Kor.:김지하; 4 fevral 1941[1], Mokpxo8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu.[2]

Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir. 1975-ci ildə azadlığa buraxılmış, lakin müxalif fikirlərini davam etdirdiyi üçün həmin il yenidən həbs cəzasına məhkum edilmiş, bir də beş il sonra azadlığa çıxmışdır. İctimai-siyasi proseslərdəki müxalif düşüncəsi 1980-ci illərdən sonra da davam etmişdir. Bu illərdə də Koreya cəmiyyətində gedən ictimai-siyasi mübarizədə Kim Cihahəmişə öndə olmuşdur. 1991-ci ildə siyasi hadisələr zamanı baş verən ölümə etiraz əlaməti olaraq "Coson" qəzetində yazdığı "Gənc dostlar! Tarixdən nəyi öyrənirik: ölüm şeytanlarını dərhal yox etməliyik" yazısıyla baş verən ölümlərə qarşı çıxmışdır. Kim Cihauzun müddət Koreyanın nüfuzlu qəzetlərində yazdığı köşə yazılarında ölkədə və dünyada baş verən proseslərə münasibət bildirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Kim Cihayaradıcılığa 1960-cı illərin sonlarında – "Qırmızı torpaq yol" şeirilə başlayıb. 1970–1980-ci illər onun yaradıcılığının ən zəngin dövrü kimi xarakterizə olunur. Bu dövrdə əsərlərində buddizm, Zen fəlsəfəsinin izləri aydın görünməkdədir. Onun 30-a qədər şeirlər kitabı içərisində "Beş vətən xaini", "Quş", "Qırmızı torpaq", "Susuzluqla yanmaq", "Sevgili vətəndaş", "Həyat və müstəqillik", "Boşluq", "Kim Jihanın hekayəsi" və s. onlarca kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. O, lirik şeirlər, ballada, taesol, dram və nəsr əsərlərindən ibarət müxtəlif ədəbi janrlara müraciət etmişdir. Kim Jihanın şeirlərinin əksəriyyəti satirik məzmunu, sərt sosial tənqidi ilə diqqəti çəkir. "Beş quldur" və "Əsassız şayiələr" kimi balladalarda o, pansori ritmindən istifadə edir və iqtidarda olanların səhvlərini və korrupsiya hallarını əks etdirmək üçün bəzən klassik Çin simvollarına müraciət edir. 1980-ci illərdə Kim Jihanın poeziyası və düşüncəsi başqa bir dəyişikliyə məruz qalır. Dövrün əsas mövzusu olan fəhlə hərəkatının mübarizəsindən uzaqlaşan şair həyatla bağlı yeni bir fikir ortaya qoyur. "Qızıl taclı İsa" adlı pyesində Koreyada ən çox xor baxılan bir cüzamlı, həbsdə olan İsa ilə qarşılaşır. İsa cüzamlıya deyir ki, onu azad etməyə kömək etsin. Kasıblara kömək etməklə İsanın qızıl tacı çıxarılacaq və dodaqları danışmaq üçün açılacaq.

  • 1975 – Ədəbiyyat üzrə Lotus mükafatı
  • 1981– Beynəlxalq Poeziya Konfransının "Böyük Şair Mükafatı"
  • 1981 – Bruno-Krayski mükafatı
  • 1993 – Lee Sang ədəbi mükafatı
  • 2002 – Chong Chi-yong ədəbi mükafatı
  • 2002 – Manhae ədəbi mükafatı
  • 2002 –Taesan ədəbi mükafatı
  • 2003 –Kongcho ədəbi mükafatı
  • 2005 – Ən yaxşı şeirə görə poeziya mükafatı
  • 2006 – Manhae ədəbi mükafatı
  • 2010 – Gyeongam Akademik mükafatı (Sənət bölümü)
  • 2011 – Minsesang mükafatı
  • 황토 (Sarı torpaq). Seul: Hanolmungo, 1970
  • 타는 목마름 으로 (Yandırıcı susuzluqla). Seul: Changjak-kwa pipy0ng, 1982
  • 검은 산 하얀 방 (Qara dağ, ağ otaq) Seul: Pundosa, 1986
  • 애린 1․2 (Erin 1, 2) Seul: Silchon munhaksa, 1986
  • 이 가문 날 에 비구름 (Quraqlıqda yağış buludu). Seul: 1988
  • 별 밭을 우러 르며 (Ulduzlu çadıra baxıram). Seul: Sol, 1989
  • 생명 (Həyat). Seul: Sol, 1992
  • 중심 의 괴로움 (Orta əzab). Seul: Sol, 1994
  • 대설, 남 1, 2, 3, 4, 5 (Güneydə böyük sayım 1, 2, 3, 4, 5). Seul: Sol, 1994
  • 꽃 과 그늘 — 서정시 100 선 (Çiçək və kölgə — 100 şeir). Seul: Silchon munhaksa, 1999
  • 마지막 살의 그리움 (İnsanın həsrəti). Miraesa, 2002
  • 유목 과 은둔 (Köçəri və tənha yaşam). Changbi, 2004
  • 김지하 의 화두 (Kim Jihanın hekayəsi). Hwanam, 2003
  • 생명 과 평화 의 길 (Həyat və sülh yolu). Munhak-kwa chisongsa, 2005

Türk dilində yayınlanan kitabları

[redaktə | mənbəni redaktə et]
  • Kim Ji Ha. Yakıcı susuzlukla (Korece aslinden çeviren Eunkyung Oh), Ankara: Ürün Yayınları, 2017, 112 s.[3]
  1. 1 2 Chi-Ha Kim // Babelio (fr.). 2007.
  2. "Kim Chi-ha". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  3. "Kim Jiha: "Tərəddüdsüz irəliyə doğru yürüyün!" — Çağdaş Koreya poeziyası — Bədirxan Əhmədli yazır". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]