Knud Rasmussen | |
---|---|
dan. Knud Johan Victor Rasmussen | |
Doğum tarixi | |
Doğum yeri | İlusat, Qrenlandiya |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Kopenhagen, Danimarka |
Milliyyəti | Danimarkalı |
Fəaliyyəti | Səyyah |
Vikianbarda əlaqəli mediafayllar |
Knud Rasmussen (dan. Knud Johan Victor Rasmussen; 7 iyun 1879[1][2], İlulissat – 21 dekabr 1933[3][1][…], Kopenhagen[4]) — Danimarkalı səyyah. Rasmussen Şimal Qütbünə çatmış ilk səyyahdır.
Rasmussen Qrenlandiyanın kiçik balıqçı şəhəri olan İlusatda anadan olmuşdur. Uşaqlığı Eskimosların arasında keçən Rasmussen burada yaşayan yerli xalqın mədəniyyətini, ovlama üsullarını və qarlı havalarda hərəkət etmək vasitələrini öyrənmişdir. 1902-ci ildə Danimarka Qrenlandiya Araşdırmaları Cəmiyyətinə üzv seçilən Rasmussen Şimal Qütbünə getməyin yollarını araşdırmışdır. Səyyah kimi fəaliyyət göstərməzdən əvvəl, Rasmussen bir müddət sahibkarlıqla məşğul olmuşdur. O, Eskimosların ehtiyaclarını ödəyən şirkət yaratmışdır. Əsasən ərzaq və tibbi yardımlar daşıyan şirkətdən əldə olunan qəlirlə Knud Rasmussen Şimal Qütbünə ekspedisiyasını təşkil etmişdir.1912-ci ildə Rasmussen Qrenlandiyada Peter Frenç və iki eskimos xizəkçisi ilə birlikdə, Peary Land buzluq ərazisini keçmişdir. İlk cəhd uğurlu alınmamışdır.
İkinci cəhd Lanq Koc və Torild Vulfla birlikdə edilmişdir. 1916–1918-ci illərdə, təşkil olunmuş ekspedisya nəticəsində Qrenlandiyanın ən şimal nöqtəsi fəth edilmişdir. Rasmussen 1919-cu ildə şərqi Qrenlandiya ərazilərinə səfər etmiş və burada yaşayan Eskimosların həyat və mədəniyyət şəraitlərini öyrənmişdir. O, Qrenlandiyada apardığı araşdırmaları Myths and Legends from Greenland kitabında toplayaraq nəşr etdirmişdir. 1921–1924-cü illərdə isə Rasmussen Kanadanın şimalında yaşayan Eskimoslar barəsində araşdırmalar aparmışdır. Aparılmış bu araşdırmalar nəticəsində iki cildlik Across Arctic America kitabı nəşr olunmuşdur. 1933-cü ilə qədər Eskimosların həyat tərzləri və yaşamlarını araşdıran Knud Rasmussen 1933-cü ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində vəfat etmişdir.