Kolagirən (Pəmbək)

kənd
Kolagirən
40°56′19″ şm. e. 44°33′33″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Pəmbək mahalı]]
Rayon [[Böyük Qarakilsə rayonu]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1870
Mərkəzin hündürlüyü 1.300 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 306 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kolagirən xəritədə
Kolagirən
Kolagirən

Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd.[2]

Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə qoyulmuşdur[3].

Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbirstanlığın xarabalıqları indi də durur. Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi[4] əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 10. IX. 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Antaramut qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.283
  4. (406, s.216