Koleoidealar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Yarımtip: Sinif: Yarımsinif: Coleoidea |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Koleoidealar (Coleoidea) - ali başıayaqlı molluskaları özündə birləşdirən yarımsinif. Baş hissəsi xüsusiləşmiş, hissiyyat orqanları yaxşı inkişaf etmiş, 8 və ya 10 qollu iki qəlsəməli tənəffüs orqanı olan, qabığı yumşaq bədənin daxilində yerləşən (çox vaxt olmur və ya rudiment şəklində qalır) molyuskalar. Qabıq bədənin daxilində yerləşdiyi üçün bu qrupun adını paleontoloqlar daxiliqabıqlılar (Endocochlia), bioloqlar isə qəlsəmələrin sayına görə ikiqəlsəməlilər (Dibranchiata) adlandırıblar, Hazırda xarici- və daxiliqabıqlı başıayaqlı molyuskalar arasında bir sıra oxşar əlamətlərin olduğunu nəzərə alaraq daxiliqabıqlıları Coleoidea yarımsinifinə ayrılmışdır. Koleoidealar mezozoyun stratiqrafiyası üçün mühüm əhəmiyyət kəsb edən, nəsli kəsilmiş belemnitlər, müasir osminoqlar, karakatisalar aid edilir. Bunların bədəni ikitərəfli-simmetrik müxtəlif formada olub qıf yaxşı inkişaf etmişdir. Aktiv üzənlərdə uzunsov iti bədənin yan tərəflərində üzgəclər inkişaf etmişdir. Bəzi koleoidealar (nəhəng kalmarlar) bədənin uzunluğu (qollarla birlikdə) 8m-ə çatır. Bunlar ən böyük onurğasızlar və molyuskalardır. Qabıqları cürbəcür formada olur. Təkcə dişi arqonavtlarda qabıq xarici vəziyyət tutur. Lakin o, mantiya ilə deyil qollarda yerləşən vəzilərlə çökdürülür. Erkən arqonavtların qabığı olmur. Fossil koleoidealar skeletin, müasir koleoidealar isə yumşaq bədənin quruluşuna görə dəstələrə bölünür. Üçdən yeddiyə qədər dəstə mövcuddur, Başlıca olaraq Belemnitida, Decapoda və Octopoda dəstələri ayrılır. Devon — müasir.