Kolombiana | |
---|---|
ing. Colombiana | |
Janr | döyüş filmi[1][2][…], dram filmi |
Əsas mövzu | qisas[d] |
Prodüserlər | |
Ssenari müəllifləri | |
Baş rollarda | |
İstehsalçılar | Canal+ |
Distribütor | Netflix, Disney+ |
İlk baxış tarixi | 16 sentyabr 2011[6], 15 sentyabr 2011[7] |
Müddət | 108 dəq. |
Büdcə | 40.000.000 $[8] |
Gəlir | 60.965.854 $[8] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-Orlean, Meksika, Çikaqo |
IMDb | ID1657507 |
Kolombiya (İngiliscə orijinal adı: Colombiana) — 2011-ci ildə Luc Besson tərəfindən ssenarisi yazılan və istehsal olunan, Olivier Megaton tərəfindən rejissorluğu edilən Fransız döyüş triller filmidir. Filmin ulduzu Zoe Saldana ilə yanaşı, Michael Vartan, Cliff Curtis, Lennie James, Callum Blue və Jordi Molla köməkçi rollarda oynamışdırlar. "Colombiana" Kolumbiyalı qadın deməkdir.
Film, Kolumbiyada ailəsi narkobaronların ağası tərəfindən öldürülən on yaşındakı Cataleya (eyni zamanda orkide cinsi) haqqındadır. On beş il sonra, yetkinlik yaşına çatmış olan Cataleya artıq qisas almaq istəyir.
Film ümumiyyətlə tənqidçilərdən mənfi rəylər alsa da, Saldananın iştirak etmiş olduğu hərəkət səhnələri təriflənmiş və film 40 milyon dollarlıq bir büdcəyə qarşı 61 milyon dollardan bir qədər az gəlir əldə etmişdir.
Hadisələr 1992-ci ildə Kolumbiyada başlayır. 10 yaşlı Cataleya valideynlərinin qətlinin şahidi olur. Öz ölümündən isə güc bəla ilə xilas olr və qanqster olan əmisi Emilio ilə birlikdə ABŞ-yə qaçır. Burada yaşadığı 15 il ərzində, Cataleya əmisi tərəfindən qanqster kimi böyüdülür və öz cinayətlərindən sonra həmişə valideynlərinin qatilləri üçün yalnız bir vizit kartı buraxır: qurbanlarının sinəsində çəkdiyi orkide.