Kombat (qəzet)

Kombat
Yaranma tarixi dekabr 1941
Dil fransız dili
Nəşrini dayandırıb avqust 1974

Kombatİkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet.

Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi.[1]

Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol SartrRaymon Aron da var idi.[2]

Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi.

Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.

  • Dördüncü Fransa Respublikası
  1. J. Levi-Valensi (ed), Camus at Combat Princeton University Press, 2006
  2. Sylvie Courtine-Denamy, Le souci du monde. Dialogue entre Hannah Arendt et quelques-uns de ses contemporains, Vrin, 1999, p. 81

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]