Komodo varanı

Komodo varanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Komodo varanı[3] və ya Komondo əjdahası[3][4] (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, FloresQili-Motanq adalarında yayılmışdır[5]. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir.

Ölçülərinin böyüklüyü Ada qiqantizmi.[6][7] ilə izah edilir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir. Erkəklər bir qayda olaraq dişilərdən iridir. Erkəklər üç metr uzunluğa və 70 kq çəkiyə malik olur, lakin aralarında bəzən nəhəng ölçülərə malik olanları belə müşahidə edilir. Sent-Luis zooparkında saxlanılan erkəyin çəkisi 166 kq, uzunluğu isə 3,13 m təşkil etmişdir. Onların ölçüləri quyruqları ilə birlikdə hesablanır.

Hazırda adada Brokonerlik səbəbindən iri məməlilərin sayı azalmışdır. Bu isə öz növbəsində varanların qidasının azalmasına səbəb olmuşdur. Hətta iri erkək varanlar belə kiçik ovlara meyil etməyə məcbur olmuşlar. Aclıq səbəbindən varanlarda cırtdanlaşma gedir. Onlar hətta 10 il öncəki varanların ölçülərindən olduqca geri qalırlar. Aclıq hətta onların kütləvi ölümünə səbəb olur.

Komodo varanının dərisi

Yetkin varanın dərisi tünd olur. Üzərində sarı nöütələr müşahidə edilir. Cavan varanlar isə nisbətən parlaq rəngdə olurlar. Qırmızı-narıncı olub sarı gözlünlü ləkələrlə örtülür.

Dişləri mişarvari olub damağ ətrafları ilə yaxşı örtülmüşdür. Dişlər şikarı asanlıqla hissələrə bölməyə imkan verir.

Komodo varanı İndoneziyanın Kiçik Zond adalarındaKomodo (1700 baş), Rinka (1300 baş), Qili-Motanq (100 baş) və Flores (təxmini 2000 baş, insanlar az yaşadığı sahil ərazilərində) yaşayırlar. Alimlərin fikrinə görə Komodo varanlarının vətəni Avstraliya olmuşdur. Onlar burada yaşayaraq inkişaf etmişlər. Varanlar adalara təxminən 900 min il öncə gəlmişlər[8].

Komodo varanlar tənha həyat sürürlər, daimi olmayan qruplar əsasən qidalanma və cütləşmə zamanı bir yerə toplaşırlar. Varanlar пойкилотермия heyvan olub əsasən gündüz həyat tərzi keçirirlər. Buna baxmayaraq onlar arasında gecə həyat tərzi keçirənlər də vardır. Əsasən ovlarını günün ikinci yarısında həyata keçirirlər. Günün isti saatları isə kölgəlikdə olmağı üstün tuturlar. Gecə radələri gizlənirlər, səhər tezdən isə gizləndikləri yerdən çıxırlar. İri bədən kütləsi varanlara bədənlərində gecə vaxtı belə temperaturun yüksək şəkildə saxlanmasına imkan verir (Qiqantometriya) və bununlada səhər çağı Baskinq vaxtını qısaltmağa imkan verir.

Komodo varanları əsasən quru, günəşin daha çox düşdüyü ərazilərdə, savanna, quru tropik meşələrdə və yüksəkliyi çox olmayan bölgələrdə yaşayırlar. İlin isti vaxtları (may—oktyabr) qurumuş çay yataqları və qurumuş sahil cəngəlliklərində yerləşirlər. Tez-tez isə sahilə atılan tullatıların axtarışına çıxırlar. Onlar suya ehmalca dala, kifayət qədər məsafəni xət edərək yaxınlıqda yerləşən adalara üzə bilirlər.

Varanlar qaçış zamanı 20 km/s sürət yığa bilirlər. Bu isə şikarın asanlıqla ovlanmasına imkan verir. Onlar quyruqlarını dirək kimi istifadə etməklə ağacda yerləşən şikarı asanlıqla ovluya bilir. Ağaclara dırmana və orada uzun zaman vaxtını keçirə bilir.

Varanlar uzunluğu 1–5 metr olan yuvalarda yerləşirlər. Onlar iti dırnaqları ilə asanlıqla bu yuvaları qaza bilirlər. Cavan varanların saxlanc yeri isə ağac oyuqlarıdır.

Varanlar təbii halda 50 il, qapalı şəraitdə isə 62 ildir. Bəzi məlumatlar görə isə dişilərin orta ömür müddəti erkəklərdən iki dəfə azdır. Təbii şəkildə dişilərin 25 ildən çox yaşaması müşahidə edlməmişdir[9][10]

İnsan üçün təhlükəsi

[redaktə | mənbəni redaktə et]

Komodo varanları kifayət qədər aqresiv canlılardır və insdan üçün potensial təhlükə təşkil edən yırtıcıdırlar. Varanların insanlara hücum etməsi məlumdur. Üstəlik nəticədə hətta ölüm fatkları da qeydə alınmışdır. Üstəlik bu hallar getdikcə artmaqda davam edir[11][12]. Adalarda çoxsaylı yaşayış məntəqələri olmasa da kasıb balıqçı kəndlərində (hansı ki, 2008-ci ildə 800 nəfərdən ibarət olan kəndlər) əhalinin sayında artım müşahidə olur. Bu isə öz növbəsində insanların bu yırtıcılarla xoşa gəlməz görüşü labüd edir. Onların ovlanmasına qadağa qoyulduğundan sonra, varanlar tədricən onları əvvəllər ovlayan insanlardan qorxmurlar. Məsələni qəlizləşdirən digər məsələ insanların varanları yedizdirməsidir. Onlar bu addımı ac heyvanların hücumundan qorumaq məqsədi ilə edirdilər. Hazırda isə bu cür işlərə qadağa qoyulmuşdur[13]. Əsasən quraq dövürlərdə onblar insan məskənlərinə daha da yaxın olurlar. Bunun səbəbi isə insanların saxladığı heyvanlar və tutduqları balıqların iyinin onları cəlb etməsidir. Hətta oda mməlumdur ki, varanlar insan cəsədlərini qəbirlərdən çıxararaq yeyirlər. Son zamanlar müsəlman-indoneziyalılar dəfn etdikləri yaxınlarının qəbrlərini sementlə bərkidilmiş plitələrlə örtürlər. Adətən potensial olaraq təhlükəli canlılar tutularaq adanın digər sahələrinə aparılır.

Komodo varanları olduqca təhlükəli canlılardır. Onlar bir dişləmə isə əzələni qopara və ya dərini sivirə bilərlər. Bu isə böyük miqdarda qan itkisinə səbəb ola bilər. ilkin yardımın vaxtında və düzgün edilməməsi sonucunda ölüm riski (Kollaps anında) 99 %-dir. Timsahın dişləmələrindən sonra olduğu kimi, varan dişləməsindən sonrada sepsis meydana gəlməsi olduqca yayılmışdır.

Yetkin varanlar çox yaxşı bir qoxu bilmə qabiliyyətinə sahibdirlər. Onlar hətta 5 km-də kiçiçik qan qoxusunun mənbəyini tapa bilərlər.

Şərqi Nusa Tenqqara vilayətinin emblemi.

Endemik canlı olan Komodo varanları insanların təsərrüfat yox olmaq həddinə gəlib çatmışlar. Saylarının azalmasını şərtləndirən əsas səbəblər turizm, yaşadığı bölgələrdə insan yaşayış məskənlərinin salınması, onlar əsas qidalarını təşkil edən canlıların kütləvi ovlanmasıdır. Saylarının azalmasına təsir göstərən digər amillər isə yaşadığı bölgədə tez-tez baş verən vulkanik aktivlik, zəlzələlər və meşə yanğınlardır[14]

Hazırda Komodo varanı qırmızı kitaba daxil edilmiş və üstəlik bu növün kommersiya məqsədi ilə satılması qadağan edilmişdir[15][16]. 1980-ci ildə növün nəslinin kəsilməsinin qarşını almaq məqsədi ilə Komodo Milli parkı yaradılmışdır. Hazırda bu parka ekoloji və təcrübə məqsədli ekspedisiyalar təşkil edilir[17]

2013-cü ildə Komodo varanlarının sayı vəhşi təbiətdə 3222 baş olaraq qiymətləndirilirdi. Ancaq 2014-cü ildə sayları 3092 baş, 2015-ci ildə isə 3014 başa qədər azalmışdır.[18] Populyasiya Komodo və Rinka adalarında stabil qalsa da, ancaq kiçik adalarda (Qili-Motanq) azalma davam edirdi. Padar adasında komodo varanının isə nəsli tamamən kəsilmişdir. Burada bu növün sonuncu nümayəndəsi 1975-ci ildə müşahidə edilmişdir[19]. Geniş yayılmış məlumata görə Padarda Komodo varanlarının nəsli brakonyerlərin onların iri qidaları sayılan canlıları ovlaması nəticəsində kəsilmişdir.[20]

  • Komodo varanı "Saturdey ailəsi" Cizgi serialının əsas personajlarından biri olaraq gözə görünməzlik xüsusiyyətinə malikdir. Birinci mövsümün 6-cı və 23-cü bölümlərində onun bənzəri peyda olur. Bu persanaj danışa bilir və üzərində ləkələr vardır. Bu ləkələr onun bütün bədəni boyunca yayılmışdır. Onların sayəsində onu ələ keçirmək mümkün deyil.
  • "Komodo kobraya qarşı" filmində eksprement nəticəsində o böyüklükdə varan meydana gəlir ki, onlar helikopterlərə qarşı ova çıxır.
  • Komoditraks — nəhəng mutant-varan "Qodzilla" cizgi teleserialının ikinci mövsümün 6-cı bölümündə görünür.
  • "Far Cry 3" video oyununun "Fallout" bölməsində varanlar bədheybət formasında görünür.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.
  3. 1 2 Наталия Борисовна Ананьева, Боркин, Лев Яковлевич, Даревский, Илья Сергеевич, Орлов, Николай Люцианович Пятиязычный словарь названий животных. Амфибии и рептилии. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. Соколов, Владимир Евгеньевич — М.: Рус. яз., 1988. — С. 269. — 10 500 экз. — ISBN 5-200-00232-X.
  4. А. Г. Банников, И. С. Даревский, М. Н. Денисова. Жизнь животных. Земноводные. Пресмыкающиеся / под ред. В. Е. Соколова. — 2-е изд. — М.: Просвещение, 1985. — Т. 5. — С. 245. — 300 000 экз
  5. Ciofi, Claudio. Varanus komodoensis. Varanoid Lizards of the World. Bloomington & Indianapolis: Indiana University Press. 2004. 197–204. ISBN 0-253-34366-6.
  6. Chris Mattison,. Lizards of the World. New York: Facts on File. 1992 [1989]. 16, 57, 99, 175. ISBN 0-8160-5716-8.
  7. Burness G, Diamond J, Flannery T. "Dinosaurs, dragons, and dwarfs: The evolution of maximal body size" (Free full text). Proc Natl Acad Sci USA. 98 (25). 2001: 14518–23. doi:10.1073/pnas.251548698. ISSN 0027-8424. PMC 64714. PMID 11724953.
  8. "Dragon's Paradise Lost: Palaeobiogeography, Evolution and Extinction of the Largest-Ever Terrestrial Lizards (Varanidae)" (ingilis). plosone. 2012-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-06.
  9. "Komodo dragon (Varanus komodoensis) longevity, ageing, and life history". genomics.senescence.info. 2015-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  10. "http://www.sciencedaily.com/releases/2012/10/121017102941.htm". www.sciencedaily.com. 2015-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-08.
  11. "Boy killed in dragon attack". 2017-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-18.
  12. "komodo varanları müharibə elan edir". www.uznayvse.ru. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
  13. m_tsyganov. "КОСТЯНАЯ НОГА или ЭКОШИЗА В ДЕЙСТВИИ (Хроники Комодо-1 & FAM-39)". Блог Михаила Цыганова. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  14. Tara Darling (Illustrator). Komodo Dragon: On Location (Darling, Kathy. on Location.). Lothrop, Lee and Shepard Books. International Standard Book Number :BookSources/0-688-13777-6.
  15. "Varanus komodoensis (Komodo Dragon, Komodo Monitor, Ora)". www.iucnredlist.org. 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  16. "Appendices I, II and III". 2008-03-11. Archived from the original on 2007-05-19. İstifadə tarixi: 2016-07-26.
  17. "The official website of Komodo National Park, Indonesia". www.komodonationalpark.org. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  18. The Jakarta Post. "Komodo population continues to decline at national park". 2016-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  19. Lilley, R. P. H. (1995). "A feasibility study on the in-situ captive breeding of Komodo dragons (Varanus komodoensis) on Padar Island, Komodo National Park". MSc. Thesis: University of Kent, Canterbury, UK.
  20. Jessop, T. S.; Forsyth, D. M.; Purwandana, D.; Imansyah, M. J.; Opat, D. S.; McDonald-Madden, E. (2005). "Monitoring the ungulate prey of komodo dragons (Varanus komodoensis) using faecal counts". Zoological Society of San Diego, USA, and the Komodo National Park Authority, Labuan Bajo, Flores, Indonesia: 26. CiteSeerX: 10.1.1.172.2230 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
  • Attenborough, David. Zoo Quest for a Dragon. London: Lutterworth Press. 1957.
  • Auffenberg, Walter. The Behavioral Ecology of the Komodo Monitor. Gainesville: University Presses of Florida. 1981. ISBN 0-8130-0621-X.
  • Burden, W. Douglas. Dragon Lizards of Komodo: An Expedition to the Lost World of the Dutch East Indies. New York, London: G.P. Putnum's Sons. 1927.
  • Eberhard, Jo; King, Dennis; Green, Brian; Knight, Frank; Keith Newgrain. Monitors: The Biology of Varanid Lizards. Malabar, Fla: Krieger Publishing Company. 1999. ISBN 1-57524-112-9.
  • Lutz, Richard L; Lutz, Judy Marie. Komodo: The Living Dragon. Salem, Or: DiMI Press. 1997. ISBN 0-931625-27-0.
  • Даревский И. С., Орлов Н. Л. Редкие и исчезающие животные. Земноводные и пресмыкающиеся: Справ. пособие. — М.: Высш. шк., 1988. — С. 293–295.
  • Жизнь животных в 7-ми т. / Гл. редактор В. Е. Соколов. Т. 5. Земноводные и пресмыкающиеся. / А. Г. Банников, И. С. Даревский, М. Н. Денисова и др.; под ред. А. Г. Банникова — 2-е изд., перераб. — М.: Просвещение, 1985. — С. 249–252.