Konstantinovka

Konstantinovka
ukr. Костянтинівка
Culture Center
Railway stationChurch of the Assumption
Yuxarıdan soldan sağa: Mədəniyyət Mərkəzi, Mərkəzi Dəmiryol vağzalı Müqəddəs Məryəm Ana kilsəsi
Bayraq Gerb[d]
48°32′ şm. e. 37°43′ ş. u.HGYO
Ölkə Ukrayna Ukrayna
Tabesində Donetsk vilayəti
Tarixi və coğrafiyası
Əsası qoyulub 1870
Sahəsi
  • 66 km²
Mərkəzin hündürlüyü 190 m
Saat qurşağı
Əhalisi
Əhalisi 25.000 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 85114
Digər
konstrada.gov.ua
Xəritəni göstər/gizlə
Konstantinovka xəritədə
Konstantinovka
Konstantinovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantinovka (ukr. Костянтинівка) — Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən sənaye şəhəri. Kryvyi Torets çayı üzərində yerləşir. İnzibati cəhətdən vilayət əhəmiyyətli şəhər kimi daxil edilmişdir. 2020-ci ilə qədər eyni adlı rayonunun inzibati mərkəzi olmuşdur. Rayon ləğv edildikdən sonra Kramatorsk rayonunun tərkibinə daxil edilmişdir. Şəhərin əhalisi təxminən 67,350 nəfərdir (2022-ci il təxmini). SSRİ dövründə dəmir, sink, poladşüşə istehsalı üzrə əhəmiyyətli mərkəzlərdən hesab olunurdu.

1947-ci ildə SSRİ-də çap edilmiş poçt markasında Konstantinovka şəhərindəki metallurgiya sənayesi təsvir edilmişdir.

Şəhərin əsası 1870-ci ildə Nomikossov adlı torpaq sahibi tərəfindən qoyulmuşdur. Nomikossov şəhərə böyük oğlu Konstantinin adını vermişdir. XX əsrin əvvəllərində şəhər sənaye qəsəbəsinə çevrildi və 1926-cı ildə yaşayış məntəqəsi qəsəbə dərəcəsinə qaldırıldı. 1932-ci ildə Konstantinovkaya bələdiyyə statusu verilmişdir. İkinci Dünya Müharibəsi zamanı şəhərdə Üçüncü Reyx tərəfindən yaradılmış əmək düşərgəsi fəaliyyət göstərmişdir.[1]

Rusiya–Ukrayna müharibəsi zamanı şəhər, 2014-cü ilin aprel ayının ortalarında ruspərəst separatçılar tərəfindən işğal edildi.[2][3][4]

Şəhər yalnız Slovyansk, Kramatorsk kimi şəhərlərin azad edilməsindən sonra 2014-cü ilin 7 iyul tarixində Druzhkivka şəhəri ilə eyni gündə azad edilmişdir.[5][6] 2014-cü ilin sentyabr ayından etibarən şəhərə Ukraynanın digər işğal olunmuş bölgələrindən çoxlu sayda qaçqın gəlmişdir.

İnsanlar əsasən daha ucuz qiymətə zəruri ərzaq məhsulları ala bilmək, bələdiyyənin təklif etdiyi xidmətlərdən faydalanmaq və pensiya və sosial müavinətlərin təyin edilməsi kimi məsələlərə görə Konstantinovkaya gəlmişdilər. Konstantinovkada Rusiya–Ukrayna müharibəsindən etibarən Ukraynanın şərqindən qaçqın düşmüş qaçqınların işlərini koordinasiya edəcək bir qaçqınlıq və məskunlaşdırma komitəsi fəaliyyətə başlamışdır.

2022-ci ildə başlamış müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

2023-cü ildə mərkəzi bazara edilmiş ballistik raket hücumu

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin 6 sentyabr tarixində, yerli vaxtla 14:00 radələrində Konstantinovka şəhərinin mərkəzi bazarında ballistik raketlə hücum həyata keçirilib. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.[7] [8] [9] [10]

  1. "Arbeitserziehungslager Kostjantynivka". Bundesarchiv.de (alman). 27 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2022.
  2. Ragozin, Leonid. "Vladimir Putin Is Accidentally Bringing Eastern and Western Ukraine Together". The New Republic. 16 April 2014. 15 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2023.
  3. "Donbass defenders put WWII tank back into service". 2014-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  4. "Working Tank on Plinth Inspires Army to Plunder Museums - Around the World News - Croatian Times Online News - English Newspaper". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-03.
  5. "Ukrainian government troops target further gains". Market Watch (The Wall Street Journal). July 6, 2014. 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  6. "Ukrinform News". www.ukrinform.ua. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
  7. "Deadly market attack in Ukraine overshadows visit by Blinken". reuters.com. Reuters. 2023-09-06. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-06.
  8. Harmash, Olena; Polityuk, Pavel. "Russian attack kills 17 in east Ukraine as Blinken visits Kyiv, officials say". Reuters. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
  9. Austin, Henry. "Russian missile kills 16 at Ukrainian market, the deadliest attack in months". NBC. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.
  10. Lister, Tim; Kesaieva, Julia. "Russian missile strikes eastern Ukraine market, killing 16, in one of the worst attacks in months". CNN. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023.