Kota Kinabalu | |
---|---|
Kota Kinabalu | |
5°58′30″ şm. e. 116°04′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1882 |
İlk məlumat | 1931 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 5 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +60 088 |
Poçt indeksi | 88000–89999 |
Digər | |
dbkk.sabah.gov.my | |
Vikianbarda əlaqəli mediafayllar |
Kota Kinabalu (malay Kota Kinabalu, keçmiş adı Cesselton[2][3]) — Malayziyanın Sabah ştatının inzibati mərkəzi. Bu şəhər həmçinin Sabah ştatının Qərb Sahili vilayətinin inzibati mərkəzidir. Şəhər Kalimantan adasının şimal-şərqində yerləşir. Kota Kinabalunun əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 628,725 nəfərdir.[4]
Kota Kinabalu həm Malayziyada , həm də beynəlxalq miqyasda KK kimi tanınır. Şəhər böyük balıq ovu yeri olmaqla yanaşı, Sabah və Kalimantana səyahət edən turistlər üçün populyar ərazilərdən biridir.[3][5] Kinabalu Milli Parkı şəhərdən 90 kilometr aralıda yerləşir və şəhərin ətrafında bir çox digər turizm obyektləri mövcuddur. Kota Kinabalu Şərqi Malayziyada böyük sənaye və ticarət mərkəzlərindən biridir. Bu iki amil Malayziyada Kota Kinabalunu ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevirib.[6]
Kota Kinabalu şəhərin şimal-şərqində təxminən 50 km aralıda yerləşən Kinabalu dağının şərəfinə adlandırılıb. Kinabalu adı "'ölülərin hörmətli yeri" mənasını verən Aki Nabalu adından törəyib. Aki "əcdad" və ya "ulu baba" mənasını verir, Nabalu isə Dusun dilində dağ üçün adı bildirir.[7] Bu adın həmçinin Ki Nabalu terminindən meydana gəldiyini iddia edən başqa bir mənbə də var. Bu mənbədə Ki "malik olmaq" və ya "mövcud olmaq", Nabalu isə "ölülərin ruhu mənasını" verir.[8]
Kota "qala", "məhəllə" və "şəhər" mənasını verən Malay sözüdür. Bu söz həmçinin rəsmi olaraq Kota Baru, Kota Tinggi və Kota Kemuninq kimi digər Malayziya şəhərlərinin adlarında da işlədilir. Bu sözə həmçinin qeyri-rəsmi olaraq digər şəhərlərin adında da rast gəlmək olar. Bu səbəblərə görə Kota Kinabalu adı Azərbaycan dilinə "Kinabalu şəhəri" kimi tərcümə edilə bilər.
Cesseltondan başqa Kota Kinabalunun ilkin adlarının mənşəyi ilə bağlı bir sıra başqa nəzəriyyələr də var. Bu adların arasında ən məşhuru Api-Api və ya sadəcə Api kimi yazılan və "alov" mənasını verən Malay sözüdür.[9] Bir sıra iddialar var ki, şəhər öz adını həqiqətən yaxınlıqda olan Sunqai Api-Api çayından götürüb.
Api-Apidən başqa digər bir təklif olunan tarixi ad Badjo dilindən tərcümədə "kakos ağaclarının altında" mənasını verən Deasokadır.[10] Digər bir ad hərfi tərcümədə "tranzit göz" mənasını verən Singgah Matadır. Bu ad həmçinin "göz oxşayan" mənası kimi də tərcümə edilə bilər. Hal-hazırda bütün bu adlar şəhərin bütün küçə və ya binalarının adları kimi əbədiləşdiriliblər. Lintasan Deasoka, Api-Api mərkəzi və Singgah Mata küçəsi bunlara misal ola bilər.
Kota Kinabalu Sabahın qərb sahilində yerləşir. Şəhər qərbə doğru Cənubi Çin dənizi və şərqə doğru Kroker silsiləsi arasında olan dar ərazi boyu uzanır. Şəhərin sahilində altı ada var. Ən böyüyü ilk Britaniya məskunlaşma yeri olan Qaya adasıdır. Bu adada təxminən 8000 nəfər yaşayır.[11] Daha kiçik adalar olan Sapi adası, Manukan adası, Suluq adası, Mamutik adası and Sepanqar adasında məskunlaşma yoxdur.[12] Sepanqar körfəzi ilə üzbəüz olan Sepanqar adası Milli Parkın şimalında yerləşir.
Tunku Əbdül Rəhman Milli Parkı və şəhərlə üzbəüz olan beş ada (Qaya, Sapi, Manukan, Suluq, Mamutik) və onların ətrafındakı su sahəsi qorunub saxlanılır.[9] Park Malayziyanın birinci Baş Naziri Tunku Əbdül Rəhmanın şərəfinə adlandırılıb. Park turistlər və yerli əhali üçün populyar istirahət yeridir.[13] Kota Kinabalu şəhərinin mərkəzi biznes və hökumət müəsisələrindən ibarətdir.
Kota Kinabalu ümumiyyətlə ölkənin qalan hissəsindən təcrid olunub. Şəhər qonşu Saravak ştatında yerləşən Kuçinq şəhərindən 804 km[14] , Malayziya yarımadasında yerləşən Kuala-Lumpurdan təxminən 1624 km-lik məsafədə yerləşir.[15]
Kota Kinabalu inzibati mərkəz olmaqla yanaşı Sabah ştatının əsas sənaye və ticarət mərkəzidir. İqtisadiyyatda ilkin sənaye sektoru üstünlük təşkil edir. Tarixən iqtisadiyyatda ikinci sektor üstünlük təşkil edib, lakin sürətli urbanizasiya və iqtisadi inkişafa görə iqtisadiyyatın bu sektoru yavaş-yavaş zəifləyib. Bir çox dövlət səviyyəli, milli və beynəlxalq kommersiya bankları, eləcə də bəzi sığorta şirkətlərinin burada öz qərargahı və ya filialları mövcuddur.
19-cu əsrin sonralarında Çinlilərin bura immiqrasiyası şəhərin inkişafına öz töhfələrini verib.[16]
Burada sənaye və istehsal şirkətlərinin xüsusilə Likas, Kolombonq və İnanam kimi sənaye bölgələrində zavodları var. Kota Kinabalu həmçinin BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (ing. United Nations Conference on Trade and Development), ASEAN Avstraliya Mühəndis Konqresi (ing. ASEAN Australian Engineering Congress) və bir çox başqaları ilə yanaşı Asiya Sakit Okean eTurizm Konfransı (ing. Asia Pacific eTourism Conference), ikiillik Sabah Beynəlxalq Ekspo (ing. Sabah International Expo) da daxil olmaqla hər il çoxsaylı milli, regional və beynəlxalq ticarət yarmarkaları və biznes konfranslarına ev sahibliyi edir. Bu tədbirlər bir qayda olaraq, Sutera Liman Kurortunda (ing. Sutera Harbour resort) keçirilir.
Kota Kinabalunun hal-hazırda beş qardaş şəhəri var.