Kotoku Şusui

Kotoku Şusui
yap. 幸徳秋水
Doğum tarixi 5 noyabr 1871(1871-11-05)[1]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 1911(1911-01-24)[1] (39 yaşında)
Vəfat yeri
  • İçiqaya həbsxanası[d], Uşiqome[d]
Vəfat səbəbi asılma[d]
Fəaliyyəti jurnalist, tərcüməçi, siyasi fəal[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kotoku Şusui (幸徳 秋水?, 5 noyabr 1871[1], Nakamura[d], Koçi prefekturası24 yanvar 1911[1], İçiqaya həbsxanası[d]) və ya əsl adı ilə Kotoku Denciro (幸徳 傳次郎?)Yaponiya sosialistianarxisti. O, 1905-ci ildə ilk dəfə olaraq Yaponiyanı anarxist ideyalarla tanış etmiş və yaşadığı dövrün anarxist lideri olmuşdur.[2] İkinci dünya müharibəsindən sonra Yaponiyada solçular tərəfindən fədəkarlıq və mütləqiyyətçi hökumətə qarşı müxalifət simvolu hesab edilmişdir.[3]

Kotoku Şusui 4 noyabr 1871-ci ildə Koçi prefekturasının Hata rayonunda yerləşən Nakamura qəsəbəsində doğulmuşdur.[4] Atası quru malların satışı ilə məşğul olan tacir idi.[4] Konfusiçilik təhsili almasına baxmayaraq orta məktəbi bitirdikdən sonra ingiliscə öyrənmək və insan hüquqları hərəkatında iştirak etmək üçün Tokioya gəlmişdir.[4]

1887-ci ildə qəbul edilən Sülhün mühafizəsi qanunundan sonra Kotoku təhlükəli adam hesab edilmiş və təhsili yarımçıq qalmışdır.[4] 1888-ci ildə Osaka şəhərinə gedərək Nakae Çominin evində tələbə olmuşdur.[4] 1893-cü ildə Tokio məktəblərinin birindən ingilis dili üzrə məzun olaraq jurnalist olmuşdur.[4] O, "Jiyu Shimbun""Yorozu Choho" kimi qəzetlər üçün işləməyə başlamışdır.[4]

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Kotoku 1898-ci ildə Sosializmin Tədqiqi Cəmiyyətinə qoşulmuşdur.[4] 1901-ci ildə Yaponiyanın ilk sosialist partiyası olan Sosialist Xalq Partiyasını qurmuşdur.[4] Lakin partiya yarandıqdan cəmi 2 gün sonra hökumət tərəfindən bağlanmışdır.[5] 1903-cü ildə Rusiya ilə müharibəyə qarşı olan Kotoku digər sosialistlərlə birlikdə Avamlar Cəmiyyəti adlı təşkilat yaratmışdır.[5] Bu təşkilat "Heimin Shimbun" adlı qəzet nəşr etməyə başlamışdır.[4] 1904-cü ilin payızında ildə bu qəzetdə Karl Marksın "Kommunist Manifesti" əsərinin yapon dilindəki ilk tərcüməsini yayımlamış və buna görə 1905-ci ildə 5 ay həbsdə olmuşdur.[4]

Həbsdən çıxdıqdan sonra ABŞ-a gəlmiş, 6 ay San-Fransisko şəhərində yaşamış, 1906-cı ildə San-Fransisko zəlzələsi təcrübəsini yaşamışdır.[4] Burada anarxist olmuş və sosial islahatlar üçün hərəkətə keçməyin vacib olduğunu vurğulamışdır.[3] Yenidən yaradılmış Sosialist Partiyanın 1907-ci ildəki ikinci konvensiyasında hərəkətə keçmək barədə çağırış etmiş və buna görə də partiya daxilində müxalifət yaranmışdır.[5] Nəticədə, partiya dağılmışdır.[5] 1909-cu ildə sosialist və feminist Kanno Suqa ilə tanış olmuş, onunla "Jiyu Shisa" adlı jurnal yaratmışdır.[5] Jurnal 2 buraxılışdan sonra qadağan olunmuşdur.[5]

Kotoku 1910-cu ildə imperatora qarşı planlaşdırılmış anarxist sui-qəsd cəhdinin – Böyük vətən xainliyi insidentinin iştirakçısı olmaqla ittiham edilmişdir.[3] O, 18 yanvar 1911-ci ildə günahkar hesab edilmiş və 24 yanvar İçiqaya həbsxanasında asılaraq edam olunmuşdur.[3]

Kotokunun əsərləri Birinci Dünya müharibəsinə qədərki dövrdə Yaponiyada sosializm haqqında yazılmış əsas əsərlər olmuşdur:[4]

  • "Niciseyki no kaybutsu teykoku şuqi" (1901, "İmperializm: XX əsrin kabusu")[4]
  • "Şakay şuqi şinzui" (1903, "Sosializmin kvintessensiyası")[4]
  1. 1 2 3 4 Brozović D., Ladan T. Kotoku Shusui // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  2. Hunter
  3. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 298
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Kodansha Encyclopedia of Japan. səh. 297
  5. 1 2 3 4 5 6 Huffman
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 297–298. ISBN 0-87011-624-7. İstifadə tarixi: 9 noyabr 2022.
  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 122. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 9 noyabr 2022.
  • Hunter, Janet. Concise Dictionary of Modern Japanese History (ingiliscə). University of California Press. 1984. səh. 7. ISBN 0-520-04557-2. İstifadə tarixi: 9 noyabr 2022.