Ku Bon-Çan | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Ku Bon-Çan | |||||||||||||||||||
Vətəndaşlığı | Cənubi Koreya | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||
Boyu | 181 sm. | |||||||||||||||||||
Çəkisi | 84 kq. | |||||||||||||||||||
İdman növü | Kamandan oxatma | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
24 avqust 2016 tarixində yenilənib. | ||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ku Bon-Çan (31 yanvar 1993, Köncu[d], Könsan-Pukto[d]) — Cənubi Koreyalı oxatan. Ku Bon-Çan iki dəfə Dünya Çempionatında qızıl medal qazanıb. Ku Bon-Çan həmçinin 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında fərdi və komanda yarışlarında qızıl medal qazanıb.
Ku Bon-Çan birinci ciddi uğurunu 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində qazandı. O, həm komanda, həm də qarışıq komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. 2016-cı il isə Ku Bon-Çan üçün daha uğurlu oldu. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, finalda Fransa idmançısı üzərində qələbə qazanaraq qızıl medal qazandı. Ku Bon-Çan növbəti qızıl medalını isə komanda yarışlarında qazandı. Ku Bon-Çan komanda yoldaşları Li Sın Yun və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |