La Masia

La Masia
Xəritə
41°22′59″ şm. e. 2°07′23″ ş. u.HGYO
Əsası qoyulub 20 oktyabr 1979
Bağlanıb 2011
Ölkə
Sayt fcbarcelona.cat/ca/club/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

La Masia de Can Planes adətən La Masia olaraq qısaldılmış formada səslənir ( kat. La Masia Katalanca tələffüz: [lə məˈzi.ə] ) .[1] FC Barcelona gənclər akademiyasını adlandırmaq üçün istifadə edilən termindir. La Masia həm də Barselonanın ilk olaraq Camp Nou yaxınlığında yerləşən futbol məşq mərkəzinin adıdır.

La Masia de Can Planes 1702-ci ildə tikilmiş köhnə Kataloniya fermasıdır. 1957-ci ildə Camp Nou-nun açılışından sonra bina yenilənmişdir və klubun ictimai qərargahı kimi xidmət etmək üçün genişləndirilmişdir. Klubun tədricən genişlənməsi ilə keçmiş ferma evi qərargah üçün çox kiçik olduğundan 20 oktyabr 1979-cu ildə La Masia Barselonadan kənarda olan gənc oyunçularu üçün yataqxanaya çevrilmişdir.[2]

La Masia öz doğma oyunçularının uğuru sayəsində böyük şöhrət qazanmışdır. La Masia-nın istedad məktəbi kimi şöhrəti və uğurunu The Times -dan İan Hokki 1987-ci ildə Cesc Fabregas, Lionel Messi, Gerard Pique, Pedro və başqalarının daxil olduğu sinfə aid etmişdir.[3]

1979-2009-cu illərdə akademiyada 440 gənc yaşayırdı. Onların təxminən yarısı Kataloniyadan, qalanları isə İspaniyanın digər bölgələrindən və ondan kənar ölkələrdən, o cümlədən 15-i Kamerundan, 7-si Braziliyadan, 5-i Seneqaldan və 3-ü Argentinadan gəlib. Bu 440 nəfərdən 40-ı Barselonanın əsas komandasına keçdişdir.[4]

2010-cu ildə La Masia ilk gənclər akademiyası oldu ki, onun üç tələbəsi FIFA Qızıl top üçün səsvermədə birinci yeri tutdu: Andres İnyesta, Lionel MessiXavi .

30 iyun 2011-ci ildə La Masia de Can Planes binasında artıq akademiya oyunçuları yer almırdı. Mərasim zamanı qapılar bağlandı və Ciutat Esportiva Joan Gamper oyunçuların yaşayış mərkəzinin funksiyalarını öz üzərinə götürdü.[5]

  1. Price, Sean. "School of Soccer Champions". Scholastic. 2010-07-06. 2018-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-20.
  2. Rogers, Iain. "Barca talent farm marks 30 years of success". Reuters. 2009-10-22. 2013-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-11.
  3. Hawkey, Ian. "Friends reunited: Cesc Fabregas and the class of 1987". The Times. 2010-03-28. 2019-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-30. (abunə tələb olunur)
  4. Rogers, Iain. "INTERVIEW-Soccer-La Masia a fertile breeding ground for Barca". Reuters. 2009-05-25. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-30.
  5. "Inside : Ciutat Esportiva Joan Gamper". Inside Spanish Football. 2011-09-29. 2013-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.