Lasaro Kardenas | |
---|---|
isp. Lázaro Cárdenas del Río | |
| |
1 dekabr 1934 – 30 noyabr 1940 | |
Əvvəlki | Abelardo Rodriges |
Sonrakı | Manuel Avila Kamaço |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 may 1895[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 19 oktyabr 1970[1][2] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi, şəkərli diabet |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Lasaro Kardenas del Rio (isp. Lázaro Cárdenas del Río; 21 may 1895[1][2], Xikilplan-de-Xuarez[d], Miçoakan[d] – 19 oktyabr 1970[1][2], Mexiko) — Meksika siyasətçisi və hərbçisi, Meksika inqilabı illərində (1910–1917) general və Meksika Prezidenti (1934–1940). Milli İnqilab Partiyasının nümayəndəsi olmuşdur. O, solçu islahatçı kursu davam etdirmiş, aqrar islahatların həyata keçirilməsini gücləndirmiş, əmək qanunvericiliyini və həmkarlar ittifaqlarının səlahiyyətlərini gücləndirmiş, qadınların hüquqlarına və ümumi seçki hüququna zəmanət vermiş, xalq maarifini inkişaf etdirmiş və savadsızlıqla mübarizə aparmış, neft və dəmir yolu şirkətlərini milliləşdirmişdir.
Lasaro Kardenas del Rio 21 may 1895-ci ildə Meksikada, Miçoakan ştatının Xikilplan-de-Xuarez şəhərində anadan olmuşdur. 1913-cü ildə inqilabi ordu sıralarına qoşulmuş, tezliklə kapitan, 1920-ci ildə isə general rütbəsi almışdır. 1920-ci illərdə Tampikoda qarnizona komandirlik etmiş və Miçoakan ştatının qubernatoru seçilmişdir. 1929-cu ildə Milli İnqilab Partiyasının (MİP) qurucularından biri və sədri olmuşdur. Kardenas 1931-ci ildə daxili işlər naziri, 1933-cü ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifələrində xidmət etmişdir.[3]