Laşana Linç | |
---|---|
Doğum tarixi | 27 noyabr 1987[1] (37 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 2007-ci ildən |
IMDb | ID2736476 |
Vikianbarda əlaqəli mediafayllar |
Laşana Raşeda Linç (ing. Lashana Rasheda Lynch ; 27 noyabr 1987[1], London) — ingilis aktrisası. O, daha çox ABC dram serialındakı “Still Bound” (2017) və “Kapitan Marvel” (2019) filmindəki pilot Mariya Rambo, “Çılğınlıqların çoxlu aləmi” filmində Doktor Strenc (2022) və "Çaqqalın günü" serialında Byanka rolu ilə tanınır.
27 noyabr 1987-ci ildə Londonda anadan olub, Yamayka mənşəlidir.[2] O, Londonda ArtsEd dram məktəbində təhsil alıb.[3]
Aktrisa kimi karyerasına 2007-ci ildə A Purely English Murder serialının bir hissəsində oynayaraq başlayıb.
2019-cu ildə Kapitan Marvel [4][5][6] filmində pilot Mariya Rambo rolunu oynadı və bunun üçün "Ən Yaxşı Aktrisa" [7] kateqoriyasında Screen Nation Mükafatlarına namizəd oldu.
2021-ci ildə Ceyms Bondla bağlı No Time to Die filmi ekranlara çıxdı, filmdə Laşana yeni agent 007[8][9] Nomi rolunu oynadı.