Lenin zirvəsi | |
---|---|
qırğ. Ленин Чокусу, tac. қуллаи Ленин | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7134[1] |
Nisbi hündürlüyü | 2790 m |
İlk fəthi | 1928 ( K.Vin, O.Allvayn, E.Şnayder) |
Yerləşməsi | |
39°20′00″ şm. e. 72°52′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lenin zirvəsi (2006-cı ildən Tacikistan ərazisinə daxildir. Tacikistanda Əbu Əli ibn Sina zirvəsi, 1928-ci ilə qədər Kaufmana zirvəsi) — Çon-Alayski dağ silsiləsində yerləşən dağlıq zirvədir. Dağ zirvəsi Qırğızıstanın (Oş vilayətinin Çon-Alayski rayonu) və Tacikistanın (Qorno-Badaxşan vilayəti, Murqabski rayonu) sərhədində yerləşmişdir. "Semitısyaçnikov"lardan biridir və keçmiş SSRİ-in ən yüksək zirvələrindən biri hesab olunur. Pamir dağları (7134 m) dağ sistemində olan, Mərkəzi Asiyanın ən yüksək zirvələrindən biridir.
Zirvə elmi ədəbiyyata ilk dəfə 1871-ci ildə rus coğrafiyaçısı və səyahətçi Aleksey Pavel Fedçenko tərəfindən daxil edilmişdir. Fedçenko bu zirvəni Türküstanın general-qubernatoru Konstantin Pyotr Kaufmanın şərəfinə adlandırmışdır. Qaratoxmaqların yeni hakimiyyətinin qurulmasıyla 1928-ci ildə zirvənin adı dəyişdirilərək Vladimir Leninin şərəfinə adlandırılmışdır.
1933-cü ilə qədər bu zirvə Pamirin və SSRİ-in ən yüksək zirvəsi hesab edilirdi. Həmin dövrdə Asiyada hələ qalxmalar baş verməmişdir. Qalxmalar baş verəndən sonra Stalin zirvəsi (hündürlüyü 7495 metr) Lenin zirvəsini hündürlüyü ilə geridə qoydu.
Zirvəyə birinci qalxan insanlar alman alpinistləri Karl Vin, Oyqenom Allvaynom və Ervin Şnayder olmuşdur. Onlar 1928-ci ildə zirvəni fəth etmişdilər. Hal-hazırda zirvəyə 16-dan çox alpinist marşrutu mövcuddur. Doqquz cənub meyli üzrə və yeddi şimal dairəsi üzrə. Amma şimal tərəfi vasitəsilə zirvə marşrutu klassik hesab edilir. Klassik marşrut hansısa bir xüsusi texniki hazırlıqları və böyük alpinist təcrübəsini tələb etmir. Lenin zirvəsi insanlar üçün əlçatan zirvələrdən hesab olunur.[2].
13 iyul 1990-cı ildə Lenin zirvəsindən nəhəng buzlaq qopdu. Uçqun alpinist dayanacağını məhv etdi. SSRİ dövründə bu hadisə alpinizmin tarixində ölənlərin sayı üzrə ən genişmiqyaslı faciə hesab olunurdu. Hadisə nəticəsində 43 insan həlak olmuşdur.[3][4]
4 iyul 2006-cı il Tacikistan hökumət qətnaməsiylə Lenin zirvəsinin adı Əbu Əli ibn Sina adı ilə dəyişdirilmişdir. Qırğızıstan ərazisində yerləşən zirvə hissəsi hələ də Lenin zirvəsi kimi adlanır.[5]
27 iyul 1968-ci ildə Pamirin ən yüksək zirvələrindən birində tarixdə ilk dəfə dünya paraşüt idmanı üzrə yarış keçirildi. Həmin yarış Lenin zirvəsində (7134 metr) sovet paraşütçülərinin iştirakı ilə keçirilmişdir. Tullanmada 46 insan iştirak etmişdir: təcili xidmətdən 10 paraşütçü və 36 əsgər. Unikal aksiya elmi və texniki açılışların birləşməsinə səbəb oldu. Hərbçilərin həssaslıqla zirvədən aşağıya tullanmaları dünyada sensasiyaya səbəb olmuşdur. Ancaq faciələrlə də yadda qaldı. Dörd paraşütçü həlak oldu: başçı Vladimir Mekayev, adi əsgər Yuri Yumatov, serjant Valeri Qlaqolev, təlimatçı Vyaçeslav Tomar.[6]
35 ildən sonra 2003-cü ildə altı Rusiya desant paraşütçüsü Lenin zirvəsindən atladılar. Onların bu atlayışı uğurlu oldu.[7][8].