Leona Paraminski | |
---|---|
xorv. Leona Paraminski | |
Doğum tarixi | 22 avqust 1979 (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Leona Paraminski (tam adı: Leona Paraminski, xorv. Leona Paraminski; 22 avqust 1979, Zaqreb) — Xorvatiya kino, televiziya və teatr aktrisası.
Leona Paraminski Zaqreb yaxınlığındakı Vrbovets qəsəbəsində böyüyüb boya-başa çatmışdır. Uşaqlığı Xorvatiya və Almaniyada keçmişdir. Uşaq yaşlarından idman və incəsənətlə maraqlanmışdır. İbtidai və orta məktəbdə oxuyarkən dram qrupunun üzvü olub. İlk dəfə canlandırdığı obraz Zoluşka olub. Bu illər ərzində o, həm də xorda ifa edir, müasir və klassik rəqslərdən ibarət rəqs qrupunda fəal iştirak edir, həmçinin karate və tennislə məşğul olurdu.
18 yaşında Leona Zaqrebdəki Zaqreb Universitetinin Dramatik İncəsənət Akademiyasına daxil olur. Hələ universitetdə təhsil aldığı dövrdə Vinko na krovu filmində ən yaxşı aktrisa nominasiyasında F.R.K.A. mükafatına layiq görülmüşdür. Çəkildiyi ilk bədii film 1999-cu il istehsalı olan Madonnadır (Boqoroditsa, Neven Hitretsin rejissorluğu ilə). Bir il sonra 2002-ci ildə Pula kinofestivalında Leona Paraminski Rioda qış bədii filminə görə (Prezimiti u Riu, 2002) Xorvatiyada ən mühüm film mükafatı olan Ən yaxşı aktrisa Qızıl Arena ilə təltif olunur.[1]
Leona Paraminski 30-dan çox kino və televiziya şouunda baş rolları ifa etmişdir. O, tez-tez teatrda güclü və qüdrətli qadın baş rollarını canlandırır. O, həm də Dalibor Matanitsin qısa filmlərində iştirakına görə ən yaxşı aktrisa kimi üç beynəlxalq mükafat almışdır. Leona həm də televiziya, festivallar və müxtəlif mərasimlərin aparıcısı kimi fəaliyyət göstərir və xeyriyyəçiliklə məşğuldur.
Leona Paraminski Xorvatiya Milli Teatrının üzvüdür. 2012-ci ilin mayında Tin Komlyenoviçlə ailə həyatı qurmuşdur.[2]