Leonard Oçman | |
---|---|
![]() | |
Doğum tarixi | 21 oktyabr 1854[1][2][…] |
Vəfat tarixi | 27 oktyabr 1934[3] (80 yaşında) |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Stil | impressionizm |
Üzvlüyü |
|
![]() |
|
![]() |
Leonard Oçman (21 oktyabr 1854[1][2][…] – 27 oktyabr 1934[3]) - Amerikalı rəssam.
Oçman 1854-cü il oktyabrın 21 — də Niderlandın Zonmaire şəhərində anadan olub.[4] Ailəsi 1866-cı ildə Nyu-Yorkun Albani şəhərinə köçüb.[5]
Leonard Oçman 27 oktyabr 1934-cü ildə Konnektikut ştatının Qrinviç şəhərindəki evində vəfat edib.[6]
Gənc yaşlarından başlayaraq Oçman Albanidəki ağac emalı firmasında rəssam kimi çalışıb. 1879-cu ildə Oçman Albanidən Nyu-Yorka köçüb və burada həmkarı rəssam Çarlz İtonla birlikdə qalıb. O 1879-cu ildə Nyu-Yorkun İncəsənət Tələbələri Liqasında həm öyrənib, həm də dərs verib.[7] Oçman 1882-ci ildə Milli Dizayn Akademiyasında çəkdiyi əsərləri sərgiləyib.[8] O 1886-cı ildə Avropaya səyahət edib və burada Hollandiya Haaqa Məktəbinin rəssamları olan Ceykob Maris və Anton Mayuvun rəsm əsərlərindən təsirlənib və rəsmlər çəkib. 1887-ci ildə Nyu-Yorka qayıdıb.[9] Oçman 1904-cü ildə Akademik fəaliyyətə başlayıb.[10] 1912-ci ildə Oçman heykəltəraş dostu Edvard Klark Potter Qrinviç ilə bərabər Rəssamlar Cəmiyyətini və Brüs Muzeyini qurdular. Oçman 1912-ci ildə cəmiyyətin birinci vitse-prezidenti olub. 1916–1932-ci illərdə cəmiyyətin prezidenti və Brüs Muzeyinin ilk sənət kuratoru kimi fəaliyyət göstərib.[11]