Lesli Patrik Aberkrombi | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1879[1][2][…] |
Vəfat tarixi | 23 mart 1957[1][2][…] (77 yaşında) |
Vətəndaşlığı | |
![]() |
Ser Lesli Patrik Aberkrombi[3] (6 iyun 1879[1][2][…] – 23 mart 1957[1][2][…]) — İngiltərə memarı, şəhərsalanı, memarlıq nəzəriyyəçisi. O, Qərbi Avropada şəhərlərdə rayonların funksional sərhədlərinin müəyyənləşdirilməsi, peyk şəhərlərin yaradılmasında birincilərdən olmuşdur. Aberkrombi 1944-cü ildə "Böyük London"un inkişafı layihəsini hazırlayarkən onun ərazisini məhdudlaşdıran "yaşıl zolağ"ın yaradılmasını təklif etmişdir. O, 1915–1935-ci illərdə Liverpul və London Universitetlərində dərs demişdir. Aberkrombi 1946–1957-ci illərdə Beynəlxalq Memarlar İttifaqının prezidenti olmuşdur.[4]