Lev Roxlin

Lev Roxlin
Лев Яковлевич Рохлин
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1947(1947-06-06)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1998(1998-07-03) (51 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Rus
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya, Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Qırmızı Bayraq" ordeni (Əfqanıstan) "Beynəmiləlçi-döyüşçüyə" döş nişanı "Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lev Yakovleviç Roxlin (rus. Лев Яковлевич Рохлин; 6 iyun 1947, Aralsk, Qızılordu vilayəti3 iyul 1998) — Rusiya Silahlı Qüvvələrinin general-leytenantı

Lev Roxlin 6 iyun 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb.[1] 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirmişdir.

Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb.

Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb. Rəsmi versiyaya görə, onlar generaldan bir qədər əvvəl öldürülüb və ona heç bir dəxli yoxdur. Lakin Roxlinin silahdaşlarının əksəriyyəti hesab edirdi ki, onlar Kremlin xüsusi xidmətlərinin "izləri itirmək" qəsdilə aradan götürdüyü əsil qatillərdir. General Roxlinin dul arvadı, ərini qətlə yetirməkdə ittiham olunan Tamara Roxlina 2016-cı il aprelin 9-da məhkəmədə son sözündə bildirdi ki, Dövlət Dumasının deputatı general Roxlini öz cangüdənləri öldürüb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Zabit kimi ilk xidmətinə Almaniyada sovet qoşunları qrupunda başlayıb. 1982-ci ildə Roxlinin xidmət yeri Əfqanıstana dəyişdirilib və alay komandiri vəzifəsinə təyin edilib.Sonradan Türkmənistan Hərbi Dairəsində divizya komandirinin müavini vəzifəsində davam etdirib. Volqoqrad qarnizonunun rəisi olub. 1994-cü ilin dekabrından Qroznının rayonlarının, o cümlədən Cövhər Dudayevin prezident sarayının ələ keçirildiyi Çeçenistanda 8-ci qvradiya ordu korpusuna başçılıq edib. General Babiçevlə birlikdə 1994-cil dekabrın 17-də barışıq əldə etmək məqsədilə çeçenlərin səhra komandirləri ilə danışıqlara qatılıb. "Rusiya Qəhrəmanı" rütbəsindən imtina edib:

" “Sərkərdələr vətəndaş müharibəsində şöhrət qazana bilməz, Çeçensitandakı müharibə Rusiyanın şöhrəti deyil, fəlakətidir”. "

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Rusiya Dövlət Dumasına deputat seçilib, dumanın hərbi məsələlər üzrə komissiyasına rəhbərlik edib. 1997-ci ildə ordu, müdafiə sənayesi və hərbi elmə dəstək hərəkatı yaradıb.

Rusiyanın Ermənistana silah verməsi ilə bağlı çıxışı

[redaktə | mənbəni redaktə et]

1997-ci il aprel ayınınn 2-də Dövlət Dumasının qapalı keçirilən iclasında Azərbaycan -Ermənistan münaqişəsində ermənilərin tərəfini tutan və bu məqsədlə 1992–1996-cı illərdə ermənilərə 1 milyard dollarlıq silah verən Yeltsin administrasiyasını kəskin şəkildə tənqid etmişdir. Qeyd etmişdir ki, Rusiyada həkimlərə və müəllimlərə maaş, təqaüdçülərə təqaüd verilməsinə pul tapılmadığı halda Ermənistana 1 milyard dollarlıq silah hədiyyə edilməsi cinayətdir və bu bölgədə Rusiyaya olan ümidləri daha da azaldaraq münaqişədə olan tərəflərdən digərini çıxış yolunu Qərbdə axtarmağa məcbur edəcəkdir. Sonradan məlum oldu ki, Ermənistana bu silahlar Rusiyanın Vazianidəki ( Gürcüstan) və Gümrüdəki hərbi bazalarından, həmçinin Şimali Qafqazdakı hərbi qüvvələrindən verilib. Ermənistana 1 milyard dollar dəyərində silahı daşımaq üçünsə "Ruslan" və "İl-76" hərbi yük təyyarələrindən istifadə edilib.

Ermənistana həmin dövrdə yalnız tanklar və adi artilleriya qurğuları deyil, həmçinin müasir hava-hücumundan müdafiə sistemləri, o cümlədən operativ taktiki təyinatlı "R-17" raketləri vermişdilər. Bununla əlaqədar general tərəfindən hazırlanan hesabatda göstərilirdi ki, Emənistana hədiyyə edilən "R-17″ operativ-taktiki təyinatlı raketlərlə Bakı şəhərinin altını üstünə çevirmək olar. Roxlinin bununla bağlı Rusiya rəhbərliyini sərt tənqid atəşinə tutması və Ermənistana verilən 1 milyard dollarlıq silahla bağlı məsələ tezliklə mətbuata sızaraq böyük hay-küyə səbəb oldu.[2]

  1. "Qəhrəman adından imtina edən generalın xaincəsinə qətli – Lev Roxlinin ölümü hələ də müəmmalıdır". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.
  2. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.